Icma.az
close
up
RU
Nepal faciəsi: əhaliyə niyə gec xəbərdarlıq edilib? KONKRET

Nepal faciəsi: əhaliyə niyə gec xəbərdarlıq edilib? KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Nepalda mindən çox insanın həyatına son qoyan dəhşətli daşqınlarla bağlı xəbərdarlıq qar uçqunundan yalnız 38 dəqiqə sonra verilib. Bu müddət ərzində dağ süxurları çay yatağı ilə yüksək sürətlə 70 kilometrdən çox məsafə qət edərək yaşayış məntəqələrini dağıdıb və geniş əraziləri su altında qoyub.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “The Kathmandu Post” qəzeti mənbələrinə istinadən məlumat yayıb. Mütəxəssislərin fikrincə, ölkədə erkən xəbərdarlıq sisteminin olmaması səbəbindən bu faciənin real vaxt rejimində proqnozlaşdırılması ehtimalı demək olar ki, sıfıra bərabər olub.

Milli Risklərin Azaldılması və Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması İdarəsinin (NDRRMA) sabiq rəhbəri Anil Poxrel Nepalda belə bir sistemin mövcud olmadığını vurğulayıb. Onun sözlərinə görə, sadəcə sensorların olması “sistem” demək deyil. Əsl sistem risk zonasında nələrin və kimlərin olduğunu dəqiq qiymətləndirməli, təhlükəni real vaxtda təxmin etmək üçün müşahidə şəbəkəsinə, vaxtında məlumatlandırma üçün kompleks rabitə planına və fövqəladə hallara hazırlığa malik olmalıdır.

Katmandu faciədən sonra Çinlə sərhəddə təbii fəlakətlər barədə xəbərdarlıq sistemini seysmik sensorlar, kameralar və peyk rabitəsi ilə təchiz edərək təkmilləşdirmək qərarına gəlib. “Reuters” agentliyinin mənbələrinə istinadən verdiyi məlumata görə, bu sistemin mərkəzi elementi kimi, hətta mobil rabitə kəsildikdə belə monitorinq postları arasında əlaqəni təmin edən VSAT (Very Small Aperture Terminal) peyk sistemi çıxış edəcək.

Ölkədə kütləvi qar uçqunundan sonra landşaftın uyğunlaşması nəzərə alınaraq belə bir sistemin təcili yaradılmasının zəruriliyi bildirilib.

NDRRMA-nın hazırkı rəhbəri Dxarma Rac Upreti açıqlamasında qeyd edib ki, dağılmış stansiyaların əvəzinə yeniləri yaradılır və əlavə kameralar quraşdırılır:

“Bu, real vaxt rejimində çay axını haqqında məlumat almağa imkan verəcək və hakimiyyət təbii fəlakətlər zamanı buna uyğun olaraq SMS xəbərdarlıqlar göndərəcək”.

Xatırladaq ki, avqustun 26-da Nepalın şimalında – Çinlə sərhəddə baş verən uçqun nəticəsində şiddətli daşqınlar qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Sentyabr 2026 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see380

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see371

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see317

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see249

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see240

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see240

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see225

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see211

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see208

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see207

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see198

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see197

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see196

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see192

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see189

Səudiyyə Ərəbistanının cənubunda partlayışlar baş verib, xəbərdarlıq sistemləri işə düşüb

14 Sentyabr 2026 05:24see189

Ulduz falı: 14 sentyabr, 2026 cı il

14 Sentyabr 2026 04:47see186

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see182

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see180

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri