Nərimanovda yolun qırağında məhəccərlər qırılıb; qurumlardan REAKSİYA YOXDUR FOTO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın Nərimanov rayonundakı səkidə dəmir məhəccərlərin bir hissəsi qırılıb.
Avtosfer.az xəbər verir ki, Təbriz və Mirzə Qədim İrəvani küçələrinin kəsişməsində yerləşən səkidəki məhəccərlərə görə bu piyadalar üçün təhlükəli vəziyyət yaranıb. Ərazidən keçən vətəndaşlar bildirib ki, uzun müddətdir qırılmış məhəccər bərpa olunmur.
Sakinlər məsələ ilə bağlı “ASAN müraciət” sistemi vasitəsilə Bakı Şəhər İcra Hakimiyyətinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət ediblər. Lakin qeyd olunan qurumların hər biri problemin həllinin onların səlahiyyətində olmadığını bildirib.

Hazırda əsas sual açıq qalır: bəs bu məhəccəri kim quraşdırıb və onun bərpasına kim cavabdehdir?
Vətəndaşlar aidiyyəti qurumlardan məsələ ilə bağlı dəqiq cavab və təhlükəli vəziyyətin aradan qaldırılmasını gözləyirlər.
Eltac Zülfüqaroğlu


