Icma.az
close
up
RU
Nevrit sinirlərin iltihabı

Nevrit sinirlərin iltihabı

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nevrit periferik sinirlərin iltihabi xəstəliyidir.

İltihablaşan sinirin gedişi boyu güclü ağrılar, həmin sinirin təchiz etdiyi əzələlərdə zəiflik və atrofiya, dərinin həmin hissəsində soyuğa, istiyə və toxunmaya qarşı həssaslığın dəyişməsi, bəzi hallarda isə hərəkətin pozulması ilə müşahidə olunur.

Nevritin yaranma səbəbləri arasında travma, intoksikasiya, infeksion xəstəlik, həmçinin şəkərli diabet kimi mübadilə xəstəlikləri və sinirin qan təchizatının pozulması əsas yer tutur.

Nevritin əlamətləri

Nevritin klinikası zədələnmə yerindən asılı olaraq dəyişir. Məsələn, üz sinirinin nevriti daha çox orta qulağın iltihabı və soyuqlama zamanı əmələ gəlir, özünü üzün assimetriyası ilə büruzə verir. Zədələnmiş tərəfdə qöz qapaqları yumulmur, ağız bucağı aşağıya doğru əyilmiş olur, xəstə dişlərini göstərə, qaşlarını çata, alnını qırışdıra və ya ovurdlarını şişirə bilmir. Duru qidalar zədələnmiş tərəfdən xaricə axır.

Eşitmə sinirinin nevriti infeksiyalar, ototoksik dərmanların təsiri, şəkərli diabet və ya ateroskleroz nəticəsində inkişaf edir, xəstəni qulaqda küy və eşitmənin getdikcə zəifləməsi kimi əlamətlər narahat edir.

Dirsək oynağının travmaları isə dirsək və ya mil sinirinin iltihabı ilə nəticələnə bilər, barmaqlar, əl pəncəsi və biləkdə hərəki funksiyanın pozulması, həmçinin said əzələlərinin atrofiyası baş verir.

Nevritlərin müalicəsi xəstəliyin səbəbindən asılı olur, əsas etibarı ilə ağrının azaldılması və iltihablaşmış sinir funksiyasının bərpasına yönəlir.

Xalq təbabəti nevritin müalicəsi üçün bu kimi üsullar təqdim edir:

- 1 xörək qaşığı dəvədabanı yarpaqları 1 stəkan qaynar suda yarım saat dəmlənir, gündə 4-6 dəfə -yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edilir.

- Damar kokteyli – hərəsindən 50 ml damotu, yemişan, pion və gülümbahar cövhərləri, hərəsindən 15 ml pişikotu və nanə çovhərləri qarışdırılır. Üz sinirinin nevritində axşam yatmazdan 1 saat qabaq 1 çay qaşığı qəbul edilir. Kokteyl 3 ay müddətində mütəmadi qəbul edilir və 2 aylıq fasilədən sonra müalicə təkrar olunur.

- Bərabər miqdarda lavanda otu, bağayarpağı, boymadərən otu, zəncirotu kökü, dəmrovotu və evkalipt yarpağı qarışdırılır, qarışıqdan 2 xörək qaşığı termosda yarım litr qaynar suyun içində gecədən səhərədək dəmlənir, gündə 2-3 dəfə yarım stəkan qəbul edilir.

- 15 qram bədrənc otu üzərinə 1 stəkan qaynar su tökülür, dəsmala bükülərək 30 dəqiqə dəmlənir, gündə 2-3 dəfə yarım stəkan qəbul edilir.

- 1 xörək qaşığı qaraqınıq otu yarım litr qaynar suda 30 dəqiqə dəmlənir, gündə 2-3 dəfə yarım stəkan içilir. Hamiləlik zamanı onun qəbulu qadağandır!

- 1 stəkan suda yonca, pişikotu və ya gəndalaş çiçəyi dəmlənir, yonca və gəndalaş dəmləmələri gündə 2-3 dəfə yarım stəkandan,  pişikotu dəmləməsi isə 1 xörək qaşığından qəbul edilir.

- Hərəsindən 1 xörək qaşığı olmaqla yovşan otu, kəklikotu və dazıotu qarışdırılır və həmin qarışıqdan 1 xörək qaşığı 1 stəkan suda yarım saat dəmlənir. Gündə 3 dəfə yarım stəkan qəbul edilir.

- 1 stəkan yemişan meyvəsi əzilir, üzərinə 1 litr qaynar su və zövqə görə bal əlavə edilir, yarım saat dəmlənir və gün ərzində içilir.

- Bərabər miqdarda gülxətmi kökü, qırxbuğum, gülümbahar çiçəyi, istiotlu nanə yarpağı, pion kökü və qaragilə zoğları qarışdırılır. 2-3 xörək qaşığı yığıntı 1 litr qaynar suda vam ocaqda 5 dəqiqə qaynadılır, ocaqdan götürülərək 2 saat dəmlənir. Gündə 3-4 dəfə yeməkdən əvvəl yarım stəkan qəbul edilir.

Yerli istifadə üçün reseptlər

- Gil və sirkədən xəmir yoğrulur, axşam yatmazdan qabaq ağrıyan sinirin üstünə təpitmə qoyulur. Həmin üsuldan 3 gün dalbadal istifadə etmək olar.

- 1 xörək qaşığı bal, 1 yumurtanın ağı və 1 xörək qaşığı soğan şirəsi köpüklənənə qədər çalınır, alınan qarışıq pambıq parçaya çəkilir və isti vanna qəbul edəndən sonra ağrıyan sinirin üzərinə qoyulur. Yaxma 2-3 saat saxlanır. Müalicə gündə 1 dəfə olmaq şərtilə ən azı 10 gün aparılır.

- Aşağı ətraf sinirlərinin nevritlərində 37-38C vannalar yaxşı kömək edir. Vannanı hazırlamaq üçün söyüd və tozağacı yarpaqları balqabaq meyvəsi ilə birlikdə suda qaynadılır və bişirmə vannaya əlavə edilir.

- Sinirin onurğa beynindən çıxdığı nahiyədə və sinirin gedişi boyu dəri Fitooil Qara zirə yağı ilə masaj edilir.

- Gecə yatmazdan qabaq ağrıyan sinirin gedişi boyu "Ağrımaz" kremi çəkilir, üstünə sellofan qoyulur və şalla bağlanır. Səhər isti su ilə isladılmış nəm dəsmalla silinir.

- Güldəfnə toxumları əzilir, üzərinə az miqdarda qaynar su əlavə edilir və vam ocaqda 10 dəqiqə bişirilir. Alınan bişirmə tənzif və ya bez parçanın arasına tökülərək ağrıyan nahiyəyə təpitmə qoyulur.

Adi xörək duzu tavada isidilir, bez parçaya tökülür və ağrıyan sinirin üstünə qoyulur.

- Təzə kəsilmiş qoyun quyruğundan nazik dilim kəsilir və ağrıyan sinir boyu dərinin üstünə qoyulur, sellofan və yun şalla bağlanır, gecə səhərədək saxlanır.

Mənbə: Herba Flora jurnalı

.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see891

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see561

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see324

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see304

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see292

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see289

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see287

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see280

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see241

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see215

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see197

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see183

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see178

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri