Neymar Barselona dan PSJ yə keçməsinin səbəbini açıqlayıb Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Barselona"nın sabiq hücumçusu Neymar 2017-ci ildə Kataloniya klubundan ayrılması barədə danışıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, futbolçu bunu braziliyalılarla oynamaq istəyi ilə əlaqələndirib.
"Bu, şəxsi bir şeydir. Açığı, maliyyə baxımından PSJ-nin təklifi Barselonadakı təklifdən daha yaxşı idi... və orada da braziliyalılar var idi. Braziliyalılarla oynamaq istəyirdim. Tiaqo Silva, Dani Alves, Markinyos, Lukas Moura var idi. Onların hamısı mənim dostlarım idi", - Neymar qeyd edib.
Xatırladaq ki, Neymar 2013-2017-ci illərdə "Barselona"da çıxış edib. Bu müddət ərzində o, bütün yarışlarda 186 oyun keçirib, 105 qol vurub və 76 məhsuldar ötürmə edib. Daha sonra braziliyalı Fransanın PSJ-yə keçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 17 Yanvar 2025 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















