Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Neytrallıq bundan ibarətdirsə...

Neytrallıq bundan ibarətdirsə...

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Fransanın yedəyində “Səlib yürüşü”nə qoşulan İsveçrənin gecikmiş haypərəstliyi

Azərbaycanın 44 günlük müharibədə Zəfərini, 23 saatlıq antiterror tədbirləri nəticəsində öz əraziləri üzərində tam nəzarətini və suverenliyini bərpa etməsini həzm edə bilməyən “kollektiv Qərb”in haypərəst aktorlarından biri də İsveçrədir. Cənubi Qafqazda yaranan yeni reallıqlarla heç cür barışmaq istəməyən Avropanın “baş neytral” ölkəsinin parlamentinin yuxarı palatası – Kantonlar Şurasında “Dağlıq Qarabağ” “münaqişəsinin sülh yolu ilə həlli”nə həsr olunmuş müzakirələr keçiriləcək. Bu, İsveçrə parlamentinin son 6 ayda “Dağlıq Qarabağ”la bağlı qəbul edəcəyi ikinci qətnamə olacaq. Beş ay bundan əvvəl İsveçrə Federal Assambleyasının (parlamentin aşağı palatası) Xarici əlaqələr komitəsi “Dağlıq Qarabağla” bağlı beynəlxalq sülh konfransı təşkil etmək” barədə müvafiq “qətnamə” qəbul edib. İndi həmin “qətnamə” parlamentin yuxarı palatasında müzakirəyə çıxarılır.

Avropa Parlamentinin ardınca anti–Azərbaycan düşərgəsinin sıralarına qoşulan neytral, bitərəf İsveçrənin kimin maraqlarına xidmət etdiyini və nəyin müqabilində bu addımı atdığını təxmin etmək çətin deyil. “Kollektiv Qərb”in ermənipərəst “xor”unda yer alan İsveçrə parlamenti siyasi statusuna arxa çevirib ikili standartlardan çıxış etmək, Azərbaycanın daxili işlərinə qarışmaq istəyi, eləcə də diplomatiyadan və beynəlxalq hüquqdan məhrum “tələblər” səsləndirməklə uğursuz fəaliyyətə baş vurub. “Qoca qitə”nin göbəyində yerləşən, bəzilərinin cənnət guşəsi adlandırdığı bu dörddilli dövlətin gecikmiş haypərəstliyinə yalnız heyrətlənmək olar. Axı artıq ilyarımdır nə “Dağlıq Qarabağ” adında ərazi-inzibati vahidi, nə də orada münaqişə mövcuddur.

* * *

Sual olunur ki, İsveçrə parlamentini belə gecikmiş və faydasız çağırışlar səsləndirməyə, müzakirələr açmağa və dəyəri kağız parçasından artıq olmayacaq qətnamə qəbul etməyə həvəsləndirən nədir? Fransanın qitədəki forpostu kimi haypərəst mövqedən çıxış edən İsveçrənin bu hərəkətinin bir adı var: qərəz! Bu “neytral” dövlətin parlamentinin bu cür əsassız təkliflər irəli sürməsi birmənalı olaraq Azərbaycana düşmən mövqeyin sərgilənməsi deməkdir. Yəni, belə qərəzli təşəbbüslərdə bulunan İsveçrənin, Fransanın, Hollandiyanın, Belçikanın, eləcə də erməni lobbisi ilə sıx işbirliyində olan digər Aİ üzvlərinin niyyətləri bəllidir. Onların bitərəfliyinə və insan hüquq və azadlıqları məsələsində mövqelərinə şübhə ilə yanaşmaq lazımdır. İsveçrə parlamentinin bu qərəzli davranışı da sübut edir ki, neytral dövlət ilk dəfə deyil ki, öz orbitindən çıxır, bu cür siyasət yürüdür. Bir əsrdən çoxdur İsveçrə özünü tərəfsiz dövlət kimi qələmə verməyə çalışsa da, onun yürütdüyü siyasət bunu təsdiqləmir. İsveçrə parlamentinin belə bir müzakirə təşkil etməsi yolverilməzdir və bu həmin ölkənin anti–Azərbaycan mövqeyinin göstəricisidir. Bu ölkə yalnız Azərbaycana deyil, digər türk və müsəlman dövlətlərinə qarşı da qərəzli münasibətilə tanınır. Guya, məqsədləri beynəlxalq aktorların nəzarəti və ya iştirakı ilə erməni əhalisinin təhlükəsiz və kollektiv şəkildə qayıtması ilə bağlı Azərbaycan nümayəndələri ilə “Dağlıq Qarabağ erməniləri” arasında dialoqu təşviq etməkdir. Əsl işğalçının – Ermənistanın adını çəkməyən İsveçrə qərəzli mövqe tutaraq Azərbaycanı Qarabağı “işğal etməkdə” suçlayıb, 1915-ci ildə, guya, baş verən “erməni soyqırımı” Qarabağda da “təkrarlanıb”, ermənilər “etnik təmizləməyə məruz qalıblar”.

Aydın görünən odur ki, Avropanın bəzi ölkələri “stəkanda fırtına yaratmaq” istəklərindən hələ də əl çəkmək fikrində deyillər. Bu azmış kimi, özlərinə dəxli olmayan proseslərin müzakirəsinə girişir, Bakının tarixin arxivinə göndərdiyi və qapanmış “münaqişəni diriltməyə” cəhdlər edirlər.

Mövzu ilə bağlı XQ-yə danışan Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov hesab edir ki, İsveçrə bu addımı ilə neytral dövlət olmadığını ortaya qoyub: “Göründüyü kimi, neytrallıq müəyyən mərhələdə korporativ maraqlara qurban verilir. Əslində, bunu məhz indiki şəraitdə o qədər də ciddi qəbul etməməliyik. Təbii ki, İsveçrə Avropa İttifaqının parlamentarilərindən geri qalmaq istəmir. Onlarla eyni platformada addımlamağa çalışır. Əgər “Dağlıq Qarabağ problemi” onları bu qədər maraqlandırır və narahat edirdisə, onda bölgədə cərəyan edən hadisələrlə yaxından tanış olmalıydılar. Torpaqlarımızın uzun illər işğalda qalması, qaçqın və köçkünlərimiz, ermənilərin torpaqlarımızı minalarla zibilləməsi və mina terrorunun qurbanları və şikəst olan vətəndaşlarımızın sayı barədə səhih məlumatlara istinad etməliydilər. O cümlədən bu qəbildən olan digər məsələlər var. İsveçrə parlamentinin üzvləri bu həqiqətləri bilmədiyindən məsələyə formal yanaşırlar. Onların bu “qanunvericilik fəaliyyətinə” zəngin erməni lobbisinin yaxından dəstək verdiyinə şübhə etmirəm. Parlament müzakirəsinin gözlənilən nəticəsi məhz kənardan “dəstəyin” nəticəsi sayılmalıdır.

Neytral statuslu İsveçrə məsələyə, həqiqətən də, sağlam düşüncə ilə yanaşmaq istəyirsə, bu cür qərəzli mövqedən əl çəkməli, bölgədə reallığın yaratdığı geosiyasi mənzərəni görməli və anlamalıdırlar. Onlar müzakirələr keçirə, faktlardan və sübutlardan məhrum saxta qətnamə də qəbul edə bilərlər. Bunun Azərbaycana heç bir isti-soyuğu omayacaq. Özlərini biabır edir və pis vəziyyətdə qoyurlar. Belə vəziyyət isə ancaq özlərinə qarşı işləyəcək”.

* * *

Gizli deyil ki, Qərbdə erməni diaspor və lobbi təşkilatlarının “orbitinə” daxil olan bəzi ölkələrin parlamentləri Ermənistan və Azərbaycanın sülhün bir addımlığına çatdığı hazırki məqamda da “Dağlıq Qarabağ” oyununu gündəmdə saxlamağa çalışırlar. İsveçrə də onların sırasındadır. Qarabağ münaqişəsi deyilən problemin aradan qalxdığını anlamaq istəməyən bu ölkələr külü belə soyumuş ocağı körükləmək xəyalına düşüblər.

Heç bir hüquqa və məntiqə sığmayan qətnamələri qəbul edən İsveç parlamentinin üzvləri, guya, bilmirlər ki, erməniləri Qarabağdan heç kim çıxarmayıb, özləri könüllü şəkildə Azərbaycan ərazisini tərk ediblər? Bu məsələdə haylara cəmiyyətimizə inteqrasiya olmaq şansı yaratmış Azərbaycan dövlətinin heç bir məsuliyyəti yoxdur. Sadəcə, etiraf etmək istəmirlər ki, Azərbaycan dövləti ermənilərə Qarabağı tərk etməmələri ilə bağlı dəfələrlə çağırışlar edib, onlara vətəndaşlığı qəbul edib bizim qanunlarla yaşamaları ətraflı izah olunub. İntəhası, Xankəndidəki separatçı-xunta rejimin, kənardan göndərilən emissarların təzyiqləri qarşısında Qarabağ iqtisadi rayonumuzdan getməyə məcbur edildilər. Bəli, onların bu seçimi könüllü surətdə etmədikləri hamıya məlumdur.

İndi İsveç parlamenti “çeşidli” qətnamələr qəbul etməklə, “münaqişənin sülh yolu ilə həlli”nə çağırışlar yaymaqla öz məkrli niyyətinə nail ola bilməyəcək. “Neytral” İsveçrə parlamentinin atdığı bu addımlar düşünülmüş qərəzli siyasətin nəticəsidir. Avropa İttifaqına daxil olan bəzi ölkələr, onların yaramaz parlamentləri Azərbaycana qarşı qərəzli mövqelərini dəfələrlə nümayiş etdiriblər. Bunun da çox sadə səbəbi var: Azərbaycan heç vaxt xarici təzyiq və təhdidlərin qarşısında geri çəkilməyib. Əksinə, bu təzyiqlərə yetərincə kəskin adekvat cavab verib. “Kollektiv Qərb”in ermənipərəst dairələrinin Azərbaycana qarşı ikili standartlara söykənən, ədalətsiz mövqe nümayiş etdirmələrinin kökündə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbəmizin dayandığını əminliklə söyləyə bilərik.

İşğalçı, terrorçu, separatçı mahiyyəti bütün dünyaya bəlli olan Ermənistanın bu qədər dəstəklənməsi həmin qüvvələrin, dairələrin, xüsusən də İsveçrə parlamentinin iç üzünü bir daha ortaya qoymuş oldu. Bəli, biz bir daha əmin oluruq ki, bu gün dünyada hüququn deyil, gücün bərpa etdiyi ədaləti qəbul edirlər. Daha doğrusu, beynəlxalq hüququ ayaqlar altına atanlar bu cür ikibaşlı siyasət yeridirlər. Ölkəmizə qarşı bu cür məkrli davranışlar Azərbaycan ictimaiyyətində, Azərbaycan xalqında, təbii olaraq, hiddət hissi doğurur. Amma məsələnin maraqlı tərəfi həm də odur ki, biz artıq bu cür qərəzli siyasətə öyrəşmişik, ona təəccüblənmirik. Çünki bu ikiüzlü siyaət on illərdir ki, davam etdirilir. Fəqət, son dörd ildə bütün sahələrdə və müstəvilərdə özlərinin layiqli cavablarını alan o qüvvələrin aqibəti bundan sonra daha betər olacaq.

* * *

Qarabağ Azərbaycan dövlətinin beynəlxalq hüquq çərçivəsində tanınan ərazisidir. Biz torpağımızın işğalına son qoymuşuq, bütün ərazimizdə suverenliyimizi bərpa etmişik. Bizim bu haqqımızı hansı beynəlxalq konvensiya, pakt, yaxud müqavilə tanımaya bilər? İsveçrə bitərəf dövlət kimi özünü bu müstəvidə də “təsdiqləmək” fikrinə düşübsə, ermənilərin məsələsini qaldırırsa, onda Qərbi azərbaycanlıların geri qayıdış hüququnu niyə unudur? Bu ölkənin parlamentinin yuxarı palatasının anti–Azərbaycan qətnaməsində yer alacaq şər-böhtan, “münaqişəsinin sülh yolu ilə həlli” kimi boyat və cəfəng çağırışları Zəngəzur dağlarından sərhədyanı ərazilərimizə hər gün binoklla baxan Aİ missionerlərinin təxribatından nə ilə fərqlənir? Heç nə ilə! Çünki bu qüvvələr bir-birinin “ağzına tüpürürlər”.

Yəqin İsveçrə parlamentinin təxribatçı çağırışına rəsmi Bakı mövqe bildirəcək, ona sərt və tutarlı cavab verəcək. İsveçrənin daxil olduğu həmin haypərəst düşərgənin üzvləri, “kollektiv Qərb” belə davranışları ilə öz ölkələrinin məkrli niyyətlərini ifşa etmiş olurlar. Burada söhbət neytrallıq xəttini çoxdan pozmuş təkcə İsveçrədən deyil, Fransanın yedəyində hərəkət edən digər ölkələrdən də gedir. Onların bundan peşimançılıq keçirəcəkləri gün uzaqda deyil. Amma, bu, fayda verməyəcək sonuncu peşmançılıqları olacaq...

İmran BƏDİRXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Mart 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see560

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see547

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see540

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see474

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see459

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see436

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see368

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see360

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see353

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see330

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see320

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see312

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see302

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see301

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see294

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see293

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see280

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see279
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri