Icma.az
close
up
RU
Nəzakət Məmmədova 13 illik həbs olundu KONKRET

Nəzakət Məmmədova 13 illik həbs olundu KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Siyasi şərhçi kimi tanınan Nəzakət Məmmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə dövlətə xəyanət ittihamından 13 il azadlıqdan məhrumetmə cəzası alıb. Məhkəmə prosesi bu günlərdə başa çatıb və hökm oxunub.

KONKRET.az xəbər verir ki, 46 yaşlı Nəzakət Məmmədova, Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirli bilinir. İttihamda qeyd olunur ki, o, “siyasi şərhçi” və “jurnalist” adı altında gizli fəaliyyət göstərərək tapşırıqlar alıb. Məmmədova həmçinin “Alfa TV” adlı YouTube kanalının rəhbəri idi və bu kanalda açıq şəkildə Rusiyapərəst materiallar yayımlanırdı. İttihamda bu kanalın yaradılması, müsahibələrin təşkili və digər materialların yayımı onun fəaliyyətinin bir hissəsi olaraq göstərilir.

Cinayət işinin sənədlərində iddia edilir ki, N.Məmmədova Moskvaya tez-tez səfərlər edib, gizli görüşlərdə iştirak edib və bu fəaliyyətlərin müqabilində ona pullar göndərilib. Maraqlıdır ki, bu pul köçürmələri Məmmədovanın öz adına deyil, başqalarının adına həyata keçirilib və bankdan çıxarılıb. İttihamda, o, digər şəxsləri də Rusiyanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqələndirməyə çalışmaqda ittiham olunur.

Lakin Nəzakət Məmmədova bu ittihamları rədd edir. Özünü günahsız hesab edən Məmmədova bildirib ki, Moskvaya əsasən konfranslar və çıxışlar üçün gedib. Onun sözlərinə görə, aldığı pullar yalnız bu fəaliyyətlər üçün ödənilən qonorarlar və ezamiyyət xərclərindən ibarət olub. “Əgər gizli şəkildə pul almaq niyyətim olsaydı, həmin pulları nağd şəkildə gətirərdim. Keçmiş həyat yoldaşımın gəlirlərimdən xəbərdar olmasını istəmirdim, buna görə pulları başqalarının adına çıxarırdım,” – deyə Məmmədova ifadə verib.

Xatırladaq ki, Nəzakət Məmmədova 2023-cü ilin oktyabrında Azərbaycan hüquq – mühafizə orqanları tərəfindən saxlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Noyabr 2024 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri