Icma.az
close
up
RU
Nəzarət olunan çimərliklərdə demək olar ki, boğulma halları qeydə alınmır EKSPERT

Nəzarət olunan çimərliklərdə demək olar ki, boğulma halları qeydə alınmır EKSPERT

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çimərlikdə təhlükəsizlik hər zaman prioritet məsələ olmalıdır və istirahətə yollanmadan əvvəl ilk növbədə hava şəraiti nəzərə alınmalıdır

Yay mövsümünün başlamasından cəmi bir neçə gün keçməsinə baxmayaraq, Azərbaycanda dənizdə boğulma halları artıq ciddi narahatlıq doğurmağa başlayıb. Son günlər demək olar ki, hər gün bir və ya bir neçə nəfərin dənizdə batması ilə bağlı xəbərlər yayılır. Xüsusilə Xəzər rayonunun Mərdəkan qəsəbəsində 4 qohum gəncin dənizdə batması cəmiyyətdə böyük rezonans doğurub. Onlardan ikisinin qardaş olması isə faciənin ağırlığını daha da artırıb.

Artan ölüm halları fonunda ictimaiyyətdə haqlı suallar yaranır: təhlükə yalnız insan ehtiyatsızlığından qaynaqlanır, yoxsa problem daha dərindir? Son illər müxtəlif ekspertlər və yerli sakinlər tərəfindən dəniz sahillərində qum qatının daşınması, sahil relyefinin dəyişməsi və dənizin dibində yaranan qəfil çuxurların boğulma riskini artırdığı iddia olunur. Bildirilir ki, bəzi ərazilərdə aparılan qanunsuz və ya nəzarətsiz qum daşınması nəticəsində sualtı axınlar güclənib, təhlükəli zonalar yaranıb.

Digər tərəfdən, nəzarətsiz çimərliklər, xilasedicilərin çatışmazlığı, xəbərdarlıq nişanlarının olmaması və insanların təhlükəli hava şəraitində belə dənizə daxil olması da vəziyyəti daha da ağırlaşdırır. Bütün bunlar göstərir ki, problem təkcə fərdi məsuliyyət məsələsi deyil, həm də təhlükəsizlik nəzarəti, ekoloji müdaxilələr və aidiyyəti qurumların fəaliyyətinə dair ciddi çatışmazlıqlar var.

Təhlükəsizlik eksperti Elmar Nurəliyev Sherg.az-a açıqlamasında çimərlikdə təhlükəsizlik qaydalarına əməl etməyin vacib olduğunu deyib. Onun sözlərinə görə, çimərlikdə təhlükəsizlik hər zaman prioritet məsələ olmalıdır və istirahətə yollanmadan əvvəl ilk növbədə hava şəraiti nəzərə alınmalıdır:

“Əlverişsiz hava şəraitində çimərliyə getmək təhlükəli nəticələrə səbəb ola bilər. Çimərlikdə təhlükəsizliyi təmin edən əsas qaydalar var və bu qaydalara ciddi əməl olunarsa, bədbəxt hadisələrin qarşısını böyük ölçüdə almaq mümkündür. İlk növbədə küləkli və əlverişsiz havada dənizə girmək olmaz. Eyni zamanda, üzmə sərhədlərini müəyyən edən nişan xətlərini keçmək, spirtli içki qəbul etdikdən sonra suya daxil olmaq və xilasetmə xidməti olmayan nəzarətsiz çimərliklərdə istirahət etmək ciddi risk yaradır. Xüsusilə uşaqlar çimərlikdə heç vaxt nəzarətsiz buraxılmamalıdır. Bəzən valideynlərin diqqəti yayındığı anda uşaqlar təhlükə ilə üz-üzə qalırlar. Hadisə baş verəndən sonra isə çox gec olur. Buna görə uşaqlar daim nəzarətdə saxlanılmalıdır”.

Küləyin sürəti saniyədə 10-12 metri keçdiyi hallarda çimərliyə getməyin təhlükəli olduğunu xatırladan E. Nurəliyev qeyd edib ki, belə hava şəraitində suya daxil olmaq təhlükəsizlik baxımından qətiyyən məqsədəuyğun deyil:

“Eyni zamanda, gecə saatlarında dənizə girmək, uzun müddət suda qalmaq, eləcə də qayaların və dəmir konstruksiyaların üzərindən suya tullanmaq ciddi risk yaradır. “Kim daha uzağa üzəcək” düşüncəsi ilə müəyyən edilmiş sərhədləri aşmaq və dərinliyə doğru irəliləmək, dənizdə yarışmaq boğulma riskini artırır. İnsanlar yalnız ayrılmış üzmə zonalarında və sahilə paralel istiqamətdə üzməlidirlər. Çimərlik mövsümü başlamazdan əvvəl aidiyyəti qurumlar tərəfindən həmin ərazilərdə yoxlamalar aparılır, suyun dibi, sualtı axınlar və yarğanlar araşdırılır, həmçinin suyun fiziki, kimyəvi və bakterioloji göstəriciləri müayinə edilir. Yalnız təhlükəsiz hesab olunan çimərliklərin fəaliyyətinə icazə verilir. Rəsmi nəzarətdə olan çimərliklərdə təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti hər il yüzlərlə insanın həyatını xilas edir. Nəzarət olunan çimərliklərdə demək olar ki, boğulma halları qeydə alınmır. Bu da həmin ərazilərin nə qədər təhlükəsiz olduğunu göstərir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 İyun 2026 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri