Nigeriya və Braziliyadan danışıq apardığımız futbolçular var Qarabağ ı vaxt sıxır...
Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Artıq məlumdur ki, "Qarabağ"la yanaşı, klubun U-19 komandası da Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparacaq. Gənclər bu mərhələdə 6 oyun keçirəcəklər.
"Qarabağ" akademiyasının koordinatoru Aftandil Hacıyev saytımıza əvvəlki açıqlamalarında da demişdi ki, U-19 komandasını mütləq gücləndirmək və bir neçə legioner gətirmək lazımdır. O, sportal.az saytına işin gedişatı barədə son məlumatları verib:
"Sifariş ərizəsini göndərmək üçün sentyabrın 9-na qədər vaxtımız. Nigeriya və Braziliyadan danışıq apardığımız futbolçular var. Bəyəndiyimiz futbolçuların transferini bitirməyə çalışırıq. Problem odur ki, ilk oyunumuz səfərə düşüb, "Benfika" ilə qarşılaşırıq. Afrikalıların isə demək olar həmişə sənəd problemi olur, viza məsələlərini həll etmək müşkülə çevrilir. Bu mənada braziliyalılarla daha rahatdır.
Artıq bir braziliyalı futbolçu ilə anlaşmağa çox yaxınıq. Çalışırıq onu tez gətirək. Axtarışlarımız davam edir. Çünki Nigeriyadan bəyəndiyimiz 2 futbolçu var, onlar alınmasa, gərək başqa variantları nəzərdən keçirək. Problemimiz əsasən ön xətdədir. Özümüzdə olan yaxşı futbolçular bir neçə il əvvəl, yəni biz bura gələnə qədər başqa klublara gediblər... Ona görə də güclənməliyik. Minimum 3 legioner gətirməyi düşünürük".
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 31 Avqust 2025 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















