Icma.az
close
up
RU
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?

Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir çox avtomobilin spidometrində maksimal sürətin 250 km/saat ətrafında məhdudlaşdırılması təsadüfi deyil.

Qaynarinfo xəbər verir ki, "SlashGear” nəşrinin yazdığına görə, bunun əsas səbəbi mühərrikin gücü deyil, təhlükəsizlik amilidir.

"BMW”, "Mercedes-Benz” və "Audi” kimi Almaniyanın aparıcı avtomobil istehsalçıları uzun illərdir avtomobillərinin maksimal sürətini zavoddan 250 km/saat səviyyəsində elektron şəkildə məhdudlaşdırırlar.

Nəşrin məlumatına görə, bu qərar hökumətin tələbi deyil, istehsalçılar arasında əldə olunmuş qeyri-rəsmi "centlmen razılaşması”nın nəticəsidir. Məqsəd yüksək sürətin yaratdığı riskləri azaltmaqdır.

Mütəxəssislər bildirirlər ki, sürət həddinin müəyyənləşdirilməsi mühərrikin texniki imkanları ilə bağlı deyil. Bir çox model texniki baxımdan daha yüksək sürət yığa bilsə də, təhlükəsizlik səbəbindən elektron məhdudlaşdırıcı ilə təchiz olunur.

Məqalədə qeyd olunur ki, yol-nəqliyyat hadisələrində ölüm hallarının əhəmiyyətli hissəsi sürət həddinin aşılması ilə bağlıdır. ABŞ-də təkcə 2023-cü ildə yüksək sürət səbəbindən baş verən qəzalarda təxminən 12 min nəfər həyatını itirib.

Bununla belə, bazarda bu məhdudiyyətə malik olmayan yüksək performanslı avtomobillər də mövcuddur.

Məsələn, "Chevrolet Corvette” 320 km/saatdan artıq maksimal sürət yığa bilir. "Chevrolet Corvette ZR1” modeli isə 370 km/saatdan çox sürətə çatır. Bu avtomobilin qiyməti təxminən 185 min ABŞ dollarıdır.

Daha yüksək göstərici "Bugatti Tourbillon” modelinə məxsusdur. Avtomobil təxminən 445 km/saat maksimal sürət yığmaq imkanına malikdir. Model ümumi istifadədə olan yollarda istismara icazə alsa da, onu əldə etmək olduqca çətindir. Dünyada cəmi 250 ədəd istehsal olunub və qiyməti təxminən 4 milyon ABŞ dollarıdır.

Beləliklə, bir çox kütləvi istehsal avtomobilində 250 km/saat sürət həddinin tətbiqi texniki məhdudiyyətdən deyil, əsasən təhlükəsizlik mülahizələrindən və istehsalçıların könüllü razılaşmasından irəli gəlir.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 İyun 2026 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri