Icma.az
close
up
RU
O gecə metro işləməsəydi...

O gecə metro işləməsəydi...

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

...19 yanvar 1990-cı il. Saat 22.00–23.00 arası. Azərbaycan KP MK-nın binası önündəki mitinqdə bizi avtobuslara mindirib “sovet ordusunun Bakıya daxil olmasının qarşısını almaq üçün” müəyyən edilmiş nöqtələrə– paytaxtın giriş-çıxış yollarına, avtobus və trolleybuslardan qurulmuş barrikada-postlara göndərdilər. Nə baş verdiyindən, bizi qarşıda nəyin gözlədiyindən xəbərsiz idik. Çünki təxminən, 2–3 saat ondan əvvəl televiziyanın enerji bloku partladılmış, AzTV-də televiziya yayımı kəsilmişdi. Nəticədə insanların əksəriyyəti Bakıda fövqəladə vəziyyət rejiminin tətbiqi barədə yalnız səhər saat 05:30-da “Azadlıq” radiosundan və hərbi helikopterlərdən atılmış vərəqələrdən xəbər tuta bildilər.

...Hər dəfə metronun “20 Yanvar” stansiyasının üstündəki xatirə abidə-kompleksin önündən keçəndə o gecə baş verənlər kino lenti kimi gözlərim önündə canlanır. Milli-azadlıq hərəkatının, meydan mitinqlərinin iştirakçısı olan Bakı Dövlət Universitetinin dördüncü kurs tələbəsinin SSRİ KQB-sinin o gecə üçün hazırladığı ssenaridən xəbərsiz olması təbii idi. 

...Metronun “XI Qızıl Ordu” stansiyasına (sonralar “20 Yanvar” adlandırıldı – red.) gətiriləndən yarım saat sonra “Jiquli”də gələnlər bizə içi benzinlə dolu, fitili qoyulmuş butulkalar payladılar ki, gələn tankları “yandırıb darmadağın edək”.

...Qulağımız tankların nəriltisini eşidəndə gecə saat 1-ə 5–10 dəqiqə işləyirdi. Sonra baş verənlər, sadəcə, yuxuya bənzər epizodlardır. 

Birinci epizod: tankların gur işıqları altında ətrafa işıqsaçan güllələr səpələnir. İkinci epizod: şam ağaclarının arası ilə Respublika Xəstəxanasının girişinə tərəf qaçan və bu zaman tankların işığına tuş gələn və güllələnən insanlar yerə sərilir. Üçüncü epizod: Biləcəri tərəfdən gələn zirehli texnikadan açılan fasiləsiz atəşdən gizlənmək üçün metronun girişindəki pilləkənlərə enirik. Dördüncü epizod: tanklardan biri işğalçı XI Qızıl ordunun şərəfinə ucaldılmış fəhlə-kəndli-matros abidəsinin önündəki qazona “dırmaşır” və orada dərin şırımlar açaraq geri dönür. Beşinci epizod: əlimizdəki benzin dolu butılkaları yanımızdan keçən tanka arxadan atırıq və bunu görən iki avtomatlı zirehin üstündən yerə enib bizə tərəf atəş açır. Altıncı epizod: Özümüzü çatdırdığımız metronun giriş qapısı bağlıdır və çığır-bağırımızı eşidən xidmətçi qadın bizi içəri buraxır. Yedinci epizod: metronun tunelinə enib “Memar Əcəmi” istiqamətinə qaçmağa başlayanda arxadan atəş səsləri eşidilir. Sonuncu epizod: Gecənin şokundan hələ tam ayılmamış tələbə səhər tuneldə bulaşmış paltosunu təmizləyəndə onun böyründə pulemyot gülləsinin açdığı iki dəliyə heyrətlə tamaşa edir...    

P.S. O gecə bizə açılan atəş Azərbaycanın qədərini tarixin axarını dəyişdi. Müstəqilliyimizn təməlinin atıldığı o gecədə metropolitenin özünəməxsus rolunu qeyd etməyə bilmərik. Bakı Metropoliteninin rəhbərliyi qətiyyət nümayiş etdirərək, o gecə qatarların səhərə kimi işləməsi barədə göstəriş verdi. Həmin gecə, xüsusilə, “XI Qızıl Ordu” (“20 Yanvar”), “Məşədi Əzizbəyov” (“Koroğlu”) və “Bakı Soveti”(“İçərişəhər”) metro stansiyalarına pənah gətirənlərin sayı daha çox olub.  Məhz səhərə qədər fasiləsiz çalışan metropoliten faciənin daha böyük miqyas almasına yol verməyib. Çünki metro sərsəri güllələrdən qaçan insanların, yaralıların sığınacağı, yeganə pənah yerinə çevrildi. Bəlkə də o gecə metronun qapıları üzümüzə açılmasaydı, öldürülənlərin sayı minlərlə olardı.

İ.HƏSƏNQALA 
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Yanvar 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1415

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see703

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see552

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see541

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see464

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see455

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see442

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see442

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see406

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see373

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see345

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see305

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see298

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see292

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see286

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see276

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see275

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see251

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see248

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see248
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri