Icma.az
close
up
RU
O müəllimlərin aldığı maaş yol puluna gedir Ekspert

O müəllimlərin aldığı maaş yol puluna gedir Ekspert

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Bir çox təhsil ekspertləri hesab edirlər ki, ucqar kəndlərdə fəaliyyət göstərən müəllimlərə əlavə imtiyazlar verilməlidir.

Bəs həmin müəllimlərə hansı imtiyazlar verilə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elşən Qafarov bildirdi ki, ucqar kəndlərdə fəaliyyət göstərənlərin əmək şəraiti, şəhərlərdə və daha müasir yerlərdə işləyənlərdən daha ağırdır:

"Buna görə də ucqar yerlərdə işləyən müəllimlər üçün müvafiq sosial tədbirlər görülməlidir. Bu, hal-hazırda Azərbaycanda Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli 67 nömrəli qərarı ilə tənzimlənir. Bu, pedaqoji fəaliyyətə başlayan gənc mütəxəssislərin həvəsləndirilməsi hesab edilir. 35 yaşına qədər şəxslər kənd rayonlarına gedib işləyərkən, rayon mərkəzindən 20 km qədər məsafədə işləyirlərsə, 90 manat əlavə ödəniş olunur. 20 km-dən uzaq məsafədə çalışdıqda isə 190 manat ödəniş edilir. Amma bundan cəmi bir dəfə istifadə etmək hüququ olur. Nəticə etibarilə, biz bunu digər ölkələrlə müqayisə etsək, görürük ki, qonşu ölkələrlə müqayisədə bu, çox aşağı bir məbləğdir. Məsələn, Rusiyada kənd məktəblərinə gedən müəllimlərin ilkin ödənişi bir milyon rubldur. Bu da təqribən 12-13 min dollar deməkdir. Şimal bölgəsində daha uzaq yerlərə getdikdə isə hətta daha çox ödəniş edilir. Ev almaq zamanı xüsusi güzəştlər olunur. Avropa və Amerikada isə müqayisə etsək, onlar da ucqar yerlərə gedənlərə müəyyən sosial paketlər təqdim edirlər. Eyni zamanda təhsilini davam etdirmək üçün ödənişsiz təhsil təmin olunur. Bizdə isə bunlar yoxdur. Olanlar da çox cüzi miqdardadır. Düşünürəm ki, bizdə də ucqar kəndləri seçən müəllimlər dövlət tərəfindən xüsusi sosial qayğı ilə qarşılanmalıdır. Elm və Təhsil Nazirliyində bu müəllimlərlə bağlı nümayəndələr olmalıdır. Onlarla maraqlanmalı, iş və yaşayış şəraitlərinin necə olduğunu öyrənməlidirlər".

Ekspertin sözlərinə görə, bir çox müəllimlər rayonda ev olmadığından Bakıya gəlib kurslarda işləmək məcburiyyətində qalır.

"21-22 yaşlı gənclərimiz görmədikləri mənzərələrlə qarşılaşırlar və müxtəlif neqativ yollara baş vurmaq məcburiyyətində qalırlar. Bəzən yerli məktəblərdə onlar üçün şərait yaradılır. Nisbətən yaxın, Şamaxı, Siyəzən, Qobustan, Quba kimi ərazilərdə çalışanlar isə gündəlik olaraq Bakıya gedib-gəlmək məcburiyyətində qalırlar. Onların aldığı əmək haqqı yol puluna gedir. Hər gün bu qədər yol gedib-gəlmək yaşayışları üçün təhlükəlidir. Düşünürəm ki, onların həm yaşayışı, həm də digər sosial ehtiyacları qarşılanmalıdır. Bununla bağlı sistemli işlər görülməlidir. Bizdə görülən işlər gənc müəllimin tələbatının cüzi hissəsini belə ödəmir" - E.Qafarov bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Aprel 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri