Icma.az
close
up
RU
“O təşkilat qadın sahibkarlara dəstək üçün yaradılmışdı, ortam sağlam olmadığına görə uzaqlaşdılar”

“O təşkilat qadın sahibkarlara dəstək üçün yaradılmışdı, ortam sağlam olmadığına görə uzaqlaşdılar”

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sumqayıt şəhər sakini Kəmalə Məmmədli “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyində ciddi problemlər yaşandığını, orada çalışanların hüquqlarının pozulduğunu deyir. Onun sözlərinə görə, 5 il çalışdığı təşkilatdan bu səbəbdən uzaqlaşmaq məcburiyyətində qalıb.

Bizimyol.info xəbər verir ki, Kəmalə Məmmədli 2019-cu ildən 2024-cü ilə qədər “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyində işləyib. O bildirir ki, işlədiyi müddətdə maaşların verilməsində gecikmələrdən tutmuş, məzuniyyətə çıxan əməkdaşlara problemlər yaradılmasına qədər müxtəlif hadisələrlə üzləşib. Dediyinə görə, təşkilat qadın sahibkarların inkişafı, onların problemlərinin həlli məqsədilə yaradılsa da, son nəticədə bu qurumun rəhbəri Səkinə Babayeva oradakı qadınların özlərinə problemlər yaradırdı.

“Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin rəhbəri Səkinə Babayeva

“Bu qurum qadın sahibkarlar platformasıdır. Cənab prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan bu platformanın məqsədi qadın sahibkarların inkişafına dəstək olmaq, onların dövlət strukturları, özəl təşkilatlarla problemləri yaranarsa, onların həllində körpü rolunu oynamaq idi. Orada çox yaxşı qadın sahibkarlar toplaşmışdı. İşini bilən üzvlərimiz vardı. Zaman keçdikcə yaradılan problemlərə görə ayrılıb getdilər. Çünki ortam sağlam deyildi”, - Kəmalə Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib. O, 2024-cü ilin iyulunda təşkilatdan çıxıb, avqustda isə Dövlət Əmək Müfəttişliyi Xidmətinə əmək hüquqlarımın pozulmasından şikayət edib. Şikayətinə əməkhaqqı ilə bağlı bank çıxarışlarını da əlavə edib.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən Kəmalə Məmmədliyə gələn cavabda da təsdiqlənib ki, “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyi tərəfindən ona verilən maaş gecikdirilib. Hətta son əməkhaqqı o, işdən çıxandan və Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət edəndən sonra ödənilib.

Bu isə Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinin pozulmasıdır. Bu səbəbdən də “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4 (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Kəmalə Məmmədli onu da bildirib ki, bugünlərdə Səkinə Babayevanın rəhbərlik etdiyi tikiş sexinin fəaliyyəti ciddi qanun pozuntularına görə dayandırılıb: “Bir rəhbər qadın sexdə çalışan onlarla xanımın təhlükəli vəziyyətdə çalışmasına necə göz yuma bilər?”

Martın 12-də Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsilə əlaqədar “Bakı Tekstil Fabriki” MMC-yə məxsus tikiş sexinin fəaliyyətinin dayandırıldığı barədə məlumat yayıb. Məlumatda bildirilir ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Binəqədi rayonunda yerləşən “Bakı Tekstil Fabriki” MMC-yə məxsus tikiş sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb. Həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, həmçinin mövcud qurğuya texniki qulluq göstərilməyib; elektrik təsərrüfatı qaydalara uyğun quraşdırılmayıb və elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib; obyektdə yanğın su hovuzu mövcud deyil və daxili yanğın kranları quraşdırılmayıb; obyekt odsöndürən balonlarla tam təmin olunmayıb; təxliyə planı mövcud deyil; obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmayıb; obyektin müəyyən yerlərində yanar üzlüklərdən istifadə olunub; istehsalat və anbar otaqlarında yanar materialdan istifadə edilərək otaqlar yaradılıb və s.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Bakı Tekstil Fabriki” MMC-yə məxsus tikiş sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Mart 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri