Öcalanın parlamentdə dinlənilməsi, MHP hə dedi, Ərdoğanın müşaviri isə... Bu, dinləmə danışıqlar demək deyil
Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə Böyük Millət Məclisində (TBMM) PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanı dinləmək üçün komissiyanın yaradılması ilə bağlı tələblərə etirazlar böyüyür.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Dövlət Baxçalının lideri olduğu MHP ilə DEM-in istəyi üzrə onun TBMM-də dinlənilməsinə etirazları Prezident Ərdoğanın baş müşaviri Mehmet Uçum doğru saymayıb.
O bildirib ki, Abdullah Öcalanı dinləmək üçün yeni komissiyanın yaradılması ilə bağlı tələblərə etirazlar əsassızdır: "Öcalanı telefon vasitəsiylə dinləmək o demək deyil ki, onunla danışıqlar olur və ya olacaq..."
Xatırladaq ki, ölkədə barış mühiti və PKK-nın tam ləğvi məqsədiylə kürdlərin siyasi təşkilatı sayılan DEM Partiyası "daimi həll üçün İmralı həbsxanasında ömürlük məhbus olan Abdullah Öcalan dinlənilməlidir" tələbi qoyub. MHP bu tələbi dəstəkləyib.
Fərid ASLAN
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 06 Oktyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















