Odessanın hazırkı merinin Rusiya vətəndaşlığı və bu ölkə ilə əlaqələri aşkarlanıb FOTO
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukraynanın Odessa şəhərinin hazırkı meri Gennadi Truxanovun Rusiya vətəndaşlığı və bu ölkə ilə əlaqələri aşkar olunub.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski Təhlükəsizlik Xidmətinin təqdim etdiyi sənədlər əsasında merin vətəndaşlığına xitam verib.
Mer ilə bağlı araşdırma başlanılıb. Eyni zamanda Odessa şəhərinin idarəçiliyi üçün yeni şəhər hərbi administrasiyası yaradılır, onun idarəsi isə hazırda Dnepropetrovsk vilayətinin rəhbəri olan Sergey Lısaka veriləcək.
Qeyd edək ki, Ukraynada şəhər merləri yerli sakinlər tərəfindən seçki ilə seçilir. Odessa hazırda Rusiyanın Ukraynada apardığı müharibə fonunda əsas hədəflərindən biridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 14 Oktyabr 2025 21:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















