OECDnin Baş katibi Azərbaycana gəldi
Icma.az, GlobalInfo-dan verilən məlumatlara əsaslanaraq, xəbər verir OECDnin Baş katibi Azərbaycana gəldi.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Baş katibi Matias Korman noyabrın 10-da BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Globalinfo.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Xarici İşlər Nazirliyinin İdarə rəisi Məmməd Əhmədzadə və digər rəsmi şəxslər qarşılayıblar.
