Ölkədaxili nağdsız əməliyyatların həcmi 14 faiz artıb
Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
2026-ci ilin may ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,680 mln. manat təşkil edib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, ilin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 14% artıb.
Həyata keçirilən nağdsız ödənişlərin 7,620 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,058 mln. manatı POS-terminallar, 2 mln. manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.7%-ni təşkil etmişdir.
Bundan əlavə, banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, ötən ilin may ayının sonu ilə müqayisədə bankomatların sayı 5.1%, POS-terminalların sayı 19.3% artıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 25 İyun 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















