Icma.az
close
up
RU
Ömür kitabının naxışları

Ömür kitabının naxışları

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ramiz Bəkirov - 70

   Deyirlər, qarşılaşdıqların heç də təsadüf deyil. Mənim həyatımda yerinə düşən, yaddaşımda dərin iz buraxan xoş təsadüflər az olmayıb. Zaman- zaman ürəyimdə şirin bir xatirə kimi yaşayır.  

  Orta məktəbi bitirib, ülvi arzularımın  sorağıyla Bakıya ali təhsil almağa gələndə ürəyimdən qəribə hisslər keçirdi.  Həmin həyacanlı vaxtlarımda, elə bilirdim ki, bu boyda şəhərdə qəribəm, tənhayam.  Ramizlə görüşüb tanış olandan sonra düşündüklərimin əksini gördüm. Sanki çoxdan mənə doğma olan bir uşaqlıq dostumla görüşürdüm.

   Borçalıdan qəbul imtahanına gələn abuturiyentlərin əhatəsinə düşəndə, ilk baxışdan onun xoş təbəssümü ilə qarşılaşdım. İnsan qəlbinin dərinliklərinə nüfuz edən diqqətli baxışları ünsiyyət qurmaq üçün bir vəsilə oldu. Qəbul imtahanları başlayana qədər universitetin həyətində və kitabxanalarda görüşürdük. Oxuduqlarımızı təkrarlayırdıq. Öyrənib bildiklərimizdən sual- cavab edirdik. Ramizin müsbət keyfiyyətləri hər yerdə aydın görünürdü. Çox dərrakəli, hazırcavab, hafizəsi möhkəm olduğu üçün ünsiyyətimiz də, tanışlığımız da yaxşı alındı. Mütaliəni çox sevdiyimizə görə, ən yaxın həmsöhbət olduq. Tələbə olmaq arzusu həyatımızı duyğularla zənginləşdirirdi. Sözümüzdə - söhbətimizdə min duyğunun rəngi vardı. Gündən- günə dostluğumuz möhkəmlənirdi.

  Budur, dostum Ramiz Bəkirovun ömür kitabına ötən illərin vurduğu naxışlar və qoyduğu izlər. O, 1973 – cü ildə Kəpənəkçi kənd orta məktəbini bitirdikdən sonra  Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (İndiki Pedoqoji Universitet) tarix fakültəsinə qəbul oldu. Təhsilini uğurla davam etdirdi. Tələbələr arasında təhsil uğurları ilə fərqləndi, seçildi.

 Mən artıq Azərbaycan Dövlət Universitetinin (indiki Bakl Dövlət Universiteti) jurnalistika fakültəsində oxuyurdum. Jurnalistika fakültəsində şeirləri ilə ümid verən imzalar çox idi. Mənim də imzam mətbuatda işıq üzü görürdü. Biz dərsdən kənar vaxtlarda bir yerə toplaşır və şeir havasına köklənirdik. Ramiz tarix fakültəsində oxusa da, şeir- sənət vurğunu idi. Şeir- sənətlə bağlı olan tədbirlərdə də vaxt olduqca görüşürdük. Əzbərində o qədər şeir vardı ki... Mərcə düşsəydi, saatlarla şeir söyləyərdi.

  Onu hər zaman ədəb-ərkanlı, ağır oturub batman gərən görürdüm.  Arzularında, əməllərində gözəl insani sifətləri aydın duyulurdu. Romantika ilə dolu olan tələbəlik illərini başa vurduqdan sonra Quba rayonunda texniki-peşə məktəbində müəllim kimi əmək fəaliyyətinə başladı. Daha sonra Sovet ordusu sıralarında əsgəri borcunu yerinə yetirmək üçün xidmətə çağırıldı. Hərbi xidmətini başa vurub doğma Kəpənəkçi kəndindəki orta məktəbdə müəllim kimi əmək fəaliyyətini davam etdirdi. O, müəllimlər arasında yaşca cavan, xaraktercə  ciddi və təmkinliliyi ilə seçilirdi. Şagirdlərin şəxsiyyətinə yüksək dərəcədə hörmət bəsləyirdi.

   Ömrünün müəyyən bir hissəsini məktəbə həsr etdi. Fədakar əməyi ilə şərəfli müəllim adına layiq olduğunu sübut etdi. Məktəb onun həyatının, varlığının zəruru bir hissəsinə çevrildi.      

  Hər bir sənətdə olduğu kimi, müəllimlikdə də daxili, sirli cəhətləri dərk etməkdə fitri istedad, gənc nəslə həssaslıqla yanaşmaq böyük rol oynayır. Bu mənada onun nəcib müəllim və insani sifətləri dərs dediyi şagirdlərinin qəlbini isindirirdi.

    ...  O,  dünyaya Borçalının Kəpənəkçi kəndindən -  ata yurdundakı evinin pəncərəsindən boylanır. Taleyin Ramiz Bəkirov üçün ən böyük  töhfələrindən biri də Kəpənəkçi kəndində doğulub boya-başa çatmasıdır. Bu, unudulmaz Xalq şairi Zəlimxan Yaqubu yetirən kənddir. Ramiz müəllim bu kənddə insanların arasında sazlı - sözlü bir aləmdə halal zəhmətinin bəhrəsini görüb  yaşayır. Həmişəki kimi, elin xeyrində- şərində boyu görünür. Doğma el- oba Ramiz Bəkirov üçün babalarının əsrlər boyu yaratdığı zəngin mənəviyyat ocağıdır. Bu, olduqca dərin mənaları, müqəddəs hissləri özündə ehtiva edir.     

  Mən universiteti bitirdikdən sonra şəhərdə yaşamağa və işləməyə başladım. Hələ o zaman Ramiz qardaşım deyirdi ki, əsas məsələ kökdən ayrılmamaq, özünü tanımaq, özünü dərk etmək məsələsidir. İnsan özünü dərk etməyəndə yerində sayır, inkişafdan qalır.      

   O, doğrudan da yerində saymadı. İşgüzarlığı, təşkilatçılıq bacarığı nəticəsində Bolnisi rayon komsomol komitəsində işə başladı. Sovxoz komsomol təşkilatının və rayon komsomol komitəsinin katibi işləyəndə də ona göstərilən etimadı doğrultdu. Onu yaxından tanıyanlar ötən illərdə gənc, işgüzar, geniş erudisiyalı komsomol işçisi Ramiz Bəkirovun gələcəyinə böyük ümidlərlə baxırdı. Bolnisi rayon komsomol komitəsinin ikinci katibi olanda da, Kvemo- Bolnisi üzümçülük sovxozunda direktor müavini işləyəndə də el – obasının ümidini doğrultdu.

 Həmin illərdə biz bir- birindən uzaq düşən yaxınlar kimiydik. Amma imkan olduqca telefonla əlaqə saxlayırdıq. Bir- birimizin hal- əhvalından xəbərdar olurduq.  Ona görə də mənə elə gəlirdi ki, dostum həmişə, hər yerdə yanımdadır. 

   Onun həyat təcrübəsi, iş və ictimai fəaliyyəti, kamilliyi nəsillərə nümunədir. Həmin uca keyfiyyətlərinə görə Gürcüstanda geniş tanındı. O, cəmiyyətin ictimai həyatında böyük rol oynadı. Gürcüstan müstəqillik qazandıqdan sonra, orada Yaşıllar partiyasının sıralarında siyasi hərakata qoşuldu. Gürcüstanın Parlament seçkilərində iştirak etdi. Daha sonra Gürcüstan Vətəndaşlar İttifaqı Partiyasından proporsional yolla iki çağırış Gürcüstan Parlametinə üzv seçildi. Parlamentin Aqrar siyasət və kənd təsərrüfatı komitəsi sədrinin birinci müavini vəzifəsində inamla çalışdı.

  Hal- hazırda da təqaüdçü olmasına baxmayaraq, Gürcüstanın ictimai- siyası həyatında fəal iştirak edir. Gürcüstan Azərbaycanlıları Konqresinin təsisçilərindən biri, həm də idarə heyətinin üzvüdür. O, doğma kəndində məscidin tikintisində yaxından iştirak edib. Kənddə 700 nəfərlik mərasim evinin tikintisi üçün öz şəxsi torpaq sahəsindən yer verib. Tikintinin başa çatmasında və sənədləşməsi işlərində də əlindən gələn köməyi əsirgəməyib.

   Ramiz müəllim ziyafətlərdə, şənliklərdə, məclislərdə ağsaqqal ziyalı kimi başa çəkilir. Mən hərdən Borçalıya, ana kəndim Faxralıya gedəndə də dostum Ramiz Bəkirovun haqqında xoş sözlər eşidirdim. İllər keçdi, onu dəyişən görmədim. Həmişə sözündə bütövlüyü, hərəkətlərində, əməlində dəqiqliyi qoruyub saxlamağı bacardı.

 Ramiz Bəkirovun təbirincə, mənəvi təmizlik insan üçün vacib keyfiyyətdir. Özü də təbiəti etibarı ilə əsl ziyalıdır. O, ailədə də belədir. Onun ziyalı və insani sifətləri üç övladı və səkkiz nəvəsi üçün ən qiymətli irsdir.

 ... Gənclik illərindən ürəklərimiz bir- birinə isinib. İndi yaşa dolsaq da, xəyalən o illərə qayıdıram və öz yaşımı unuduram. Ürəyimdə kövrək, isti duyğular baş qaldırır. Bu duyğular gənclik illərimizdən bu yana məni müşayət edir:

Ötən gəncliyimin yadıgarıdır,

Gəlib ürəyimdən nur kimi axıb.

Bu duyğu dostluğun etibarıdır,

Könlümdən, ruhumdan sıyrılıb çıxıb.

  Bu il gənclik dostum Ramiz Bəkirovun 70 yaşı tamam olacaq. Onu qarşıdakı yubileyi münasibətilə ürəkdən təbrik edirəm, dostuma sağlam və bərəkətli ömür arzulayıram.

Həzi Həsənli,

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

şair-publisist.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://adalet.az
archiveBu xəbər 28 Mart 2026 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see462

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see431

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see272

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see254

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

17 Avqust 2026 09:22see246

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see245

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see226

Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17 Avqust 2026 10:11see213

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see200

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see191

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see180

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see177

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see175

Trampdan İranla bağlı şok etiraf: “Məqsədimiz…”

17 Avqust 2026 12:28see169

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see162

“Gözdə olan qara su zamanı itirilən görmə faizini geri qaytarmaq mümkün deyil” OFTOLMOLOQ

17 Avqust 2026 16:46see160

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see160

“Motorola” 7000 mAh batareyalı yeni smartfonunu təqdim etdi

17 Avqust 2026 04:42see159

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see153

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri