Onkoloji xəstəliklər regionda ölüm hallarının əsas səbəblərindən biridir
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Onkoloji xəstəliklər regionda ölüm hallarının əsas səbəblərindən biri olaraq qalır.
525.az xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev beynəlxalq əczaçılıq şirkəti olan "Pfizer"in Qafqaz, Mərkəzi Asiya və Monqolustan bölgəsini əhatə edən regional nümayəndə heyəti ilə görüşdə deyib.
Nazir infeksion xəstəliklərin profilaktikasının və sosial əhəmiyyətli xəstəliklərin effektiv müalicəsinin milli səhiyyə sistemləri üçün prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.
Bildirilib ki, pnevmokok infeksiyası uşaqlar və yaşlı əhali qrupları arasında qarşısı alına bilinən xəstəliklər sırasında mühüm yer tutur.
Bu kontekstdə tərəflər pasiyentlərin müasir və innovativ müalicə üsullarına çıxış imkanlarının genişləndirilməsi onların həyat keyfiyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətli olduğunu bildiriblər.
Görüşdə səhiyyə sahəsində mümkün əməkdaşlıq istiqamətləri, o cümlədən pnevmokok infeksiyasının profilaktikası, prioritet əhali qruplarında pnevmokok vaksinasiyasının əhatə dairəsinin genişləndirilməsi, mövcud epidemioloji göstəricilər və xəstəlik yükü, eləcə də onkoloji xəstəliklərdən əziyyət çəkən pasiyentlərin müalicə keyfiyyətinin yüksəldilməsi istiqamətində müzakirələr aparılıb. Gələcəkdə əməkdaşlıq imkanlarının dəyərləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 21 Yanvar 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















