Onkoloji xəstiklərin icbari tibbi sığortaya salınması üçün hökumətə təklif veriləcək Yeni Çağ Media
Icma.az xəbər verir, Yenicag saytına əsaslanaraq.
“Səhiyyə sahəsində aparılan islahatlarla yanaşı bir sıra problemlərin olmasını heç kim inkar etmir. Bu sahədə təkmilləşmə işləri aparılır. Onkoloji xəstəliklərlə bağlı məsələ cəmiyyəti narahat edən məsələdir. Növbəti il üçün bu sahəyə 60 milyon manata yaxın vəsait ayrılıb”.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında maliyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bu məsələyə instutisional yanaşmaya ehtiyac var: “Biz aidiyyəti dövlət qurumları ilə birgə baxmalıyıq ki, hansı yollarla bu istiqamətə vəsait ayıra biləcəyik. Sizi əmin etmək istərdim ki, yaxın vaxtlarda müəyyən təkliflər hazırlanıb hökumətə təqdim olunacaq”.
Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov onkoloji xəstələrin icbari tibbi sığortaya cəlb olunmasını təklif edib./unikal
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 19 Noyabr 2024 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















