Onlara müqavimət göstərə biləcəyimizə əminik Abbas Əraqçi
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran Amerika qoşunlarının mümkün quru hücumuna hazırdır.
Redaktor.az xəbər verir ki, o, bu açıqlamanı "NBC News"a verdiyi müsahibədə səsləndirib.
Televiziya şərhçisi diplomatdan İranın Amerika qoşunlarının quru hücumundan qorxub-qorxmadığını soruşub.
“Xeyr, biz onları gözləyirik. Çünki onlara müqavimət göstərə biləcəyimizə əminik və bu, onlar üçün böyük bir fəlakət olardı”, – deyə Əraqçi cavab verib.
Nazir əlavə edib ki, ABŞ və İsrail qarşıya qoyduqları məqsədlərə çata bilməyiblər.
“Onlar bura rejim dəyişikliyi, tez bir qələbə, hər şeyi nəzarətdə saxlamaq üçün gəldilər, amma uğursuz oldular. Sistem işləyir, komandirlər dəyişdirilib və tezliklə yeni ali lider təyin olunacaq”, – deyə Əraqçi bildirib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 06 Mart 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















