Onları “axmaq” adlandırdı Video
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Belarus Prezidenti Aleksandr Lukaşenko hakimiyyətin öz övladlarına ötürüləcəyi ilə bağlı iddialara kəskin münasibət bildirib.
“Qafqazinfo” “Pul pervogo” teleqram kanalına istinadən xəbər verir ki, Belarus lideri bu cür söhbətləri yayanları “tam axmaq” adlandırıb.
“Tam axmaqdırlar. Onlar bu işin nə demək olduğunu bilmirlər”, – deyə Lukaşenko Qomel vilayətinə səfəri zamanı lentə alınan videoda bildirib.
Dövlət başçısı əlavə edib ki, hakimiyyəti təhvil vermək üçün görülən bütün işləri hazırlayaraq başqalarına vermək lazımdır ki, onlar da ölkəni dağıtmadan, Çin üsulu ilə irəlilətsinlər:
“Əgər biz bu bünövrəni qoymasaq, növbəti nəsillərə çətin olacaq, bəlkə də bacarmayacaqlar. Məni narahat edən elə budur”.
Qeyd edək ki, varis məsələsi yerli mediada dəfələrlə qaldırılıb. Lukaşenko daha əvvəl də bildirmişdi ki, yeni prezidentlik müddətinə iddialı deyil və hakimiyyətdə “bir az ləngiməsinin” səbəbi yeni nəslin dövlət idarəçiliyinə hazırlanmasıdır.
Xatırladaq ki, Aleksandr Lukaşenko 1994-cü ilin iyulundan Belarusa rəhbərlik edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 14 Avqust 2026 23:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















