Ötən il Culfa şəhərində 8 yaşayış binasının istilik xətləri yenilənib
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ötən il Culfa şəhərində 132/110/35/10 Kvt-luq yarımstansiya və “Darıdağ” Arsenli Su Müalicəxanasının tikintisi davam etdirilib, Bənəniyar Su anbarını Əlincə çayından qidalandıran 6550 metrlik “Sağ-sahil” kanalının yenidən qurulması işlərinə başlanılıb.
SİA-nın məlumatına görə, Culfa Rayon İcra Hakimiyyətindən bölgə müxbirinə bildirilib ki, Culfa şəhərində prospekt və küçələrdə, ümumilikdə, 8 yaşayış binasının istilik xətləri yenilənib, Yaycı kəndində 360 nəfərlik, Ərəfsə kəndində isə 200 nəfərlik mərasim evi tikilib. Həmçinin 2025-ci il ərzində 3,3 kilometr məsafədə Gal və Şurud kənddaxili yollarında əsaslı təmir işləri aparılıb, rayonun magistral yollarında, şəhərdaxili və kənddaxili yollarda, ümumilikdə, cari təmir-bərpa və quraşdırma işləri aparılıb.
Ötən il Culfa rayonu üzrə kənd təsərrüfatı sahəsində məhsul istehsalı 2024-cü illə müqayisədə 1 milyon 653 min 900 manat artaraq 45 milyon 20 min 200 manat təşkil edib. Rayonda ekoloji cəhətdən müxtəlif növ təmiz ərzaq məhsulları yetişdirən 155 ailə təsərrüfatçısına lazımi dövlət dəstəyi göstərilib, onların istehsal etdiyi məhsulların Culfa və Naxçıvan şəhərlərindəki bazarlara çıxarılaraq satışının həyata keçirilməsinə şərait yaradılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 14 Yanvar 2026 19:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















