Ötən il Ziraat Bank Azərbaycan ın kredit və depozit portfeli artıb
Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
"Ziraat Bank Azərbaycan" 2024-cü ildə 14 milyon 504 min manat xalis mənfəət əldə edib. Bu, 2023-ci ilə nisbətən 5 milyon 992 min manat və ya 70,4% çoxdur.
Banco.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu dövrdə "Ziraat Bank Azərbaycan"ın aktivləri 284 milyon 441 min manat və ya 44,7% artaraq 921 milyon 125 min manatı ötüb.
Hesabat ilində bankın kredit portfeli də illik müqayisədə 138 milyon 771 min manat və ya 35,5% artaraq 530 milyon manata yaxınlaşıb. Bankın depozit portfeli isə 565 milyon manatı ötüb ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 37,5% və ya 154 milyon 232 min manat artımdır.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 10 Fevral 2025 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















