Oyun ərzində çoxlu səhvlər etdik Roman Merkuşov DANIŞDI
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fiziki baxımdan sona qədər mübarizə aparmağımız sayəsində qalib gəldik. SİA xəbər verir ki, bunu "Azərreyl"in hücumçusu Roman Merkuşov Yüksək Liqanın XV turunda “Murov Az Terminal”la matçdan sonra Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.
Voleybolçu sadə vəziyyətdə səhvlər buraxdıqlarını deyib: “İlk növbədə komandamı çətin qələbə münasibətilə təbrik edirəm. Oyun ərzində çoxlu səhvlər etdik. Görüşü ümumi setlərdə 2:0 hesabı ilə davam etdirib bitirə də bilərdik. Amma sadə vəziyyətlərdə etdiyimiz səhvlər qarşılaşmanın uzanmasına səbəb oldu. İstənilən halda yaxşı hazırlıq və rəqibin oyununu əvvəlcədən təhlil etməyimiz, fiziki baxımdan sona qədər mübarizə aparmağımız sayəsində qalib gəldik”.
Qeyd edək ki, "Azərreyl" - "Murov Az Terminal" matçı birincilərin 3:2 (27:25, 24:26, 19:25, 25:21, 15:10) hesablı qələbəsi ilə nəticələnib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 13 Mart 2025 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















