“İsrail yox olmaq təhlükəsi ilə üz üzədir” Təqaüddə olan generalın xəbərdarlığı
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrail dövlətinin gələcəyini təhdid edən əsas təhlükə təkcə xarici düşmənlər deyil. Ölkədə dərinləşən daxili parçalanma, siyasi qarşıdurma və cəmiyyətlə hakimiyyət arasında etimadın zəifləməsi dövlətçiliyin özünü təhlükə altına sala bilər.
Moderator.az xəbər verir ki, bu barədə təqaüddə olan general-mayor İtzhak Brik “Maariv” nəşrinə açıqlamasında xəbərdarlıq edib.
Generalın sözlərinə görə, hazırkı vəziyyət Birinci və İkinci Məbədlərin dağıdılmasından əvvəlki dövrləri xatırladır. Həmin dövrlərdə yəhudi cəmiyyətində daxili münaqişələr və qarşılıqlı düşmənçilik faciəli nəticələrə səbəb olmuşdu.
Brik hesab edir ki, İsraildə siyasi maraqlar, şəxsi ambisiyalar və hakimiyyət uğrunda mübarizə milli həmrəyliyi arxa plana keçirib. Cəmiyyətin müxtəlif təbəqələri arasında nifrətin artması, qarşılıqlı ittihamlar və ortaq strateji baxışın olmaması ölkəni zəiflədir.
O vurğulayıb ki, dövlətin təhlükəsizliyi yalnız güclü ordu və hərbi imkanlarla təmin edilə bilməz. Vətəndaşlarla hakimiyyət arasında etimadın itirilməsi, dövlət institutlarının zəifləməsi və milli birliyin pozulması xarici təhdidlər qədər ciddi təhlükə yaradır.
İsrail 1948-ci ildə, Holokost zamanı altı milyon yəhudinin qətlə yetirilməsindən cəmi bir neçə il sonra yaradılıb. Sonrakı onilliklərdə ölkə güclü ordu, dövlət institutları və müasir iqtisadiyyat formalaşdıraraq çoxsaylı müharibə və böhranlardan çıxıb.
Lakin generalın fikrincə, əldə edilən tarixi nailiyyətlər daxili parçalanmanın qarşısını almaq üçün kifayət deyil. O hesab edir ki, İsrailin gələcəyini qorumaq üçün siyasi rəhbərlik məsuliyyətli davranmalı, cəmiyyətdəki qarşıdurma və düşmənçilik aradan qaldırılmalıdır.
Brikin xəbərdarlığına görə, İsrailin qarşısında duran ən böyük sınaqlardan biri xarici təzyiqlər fonunda daxili birliyini qoruyub saxlamaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 22 Noyabr 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















