Android istifadəçiləri ehtiyatlı olun: Dələduzlar hücumları artırıblar
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Android əməliyyat sistemi ilə işləyən cihazların sahiblərinə qarşı kiberdələduzluq halları artıb. Zərərli proqramların yayılmasının genişlənməsi xüsusilə bu əməliyyat sistemindən istifadə edən cihazlarda qeydə alınır.
Bizim.Media xəbər verir ki, dələduzlar müxtəlif yaş qruplarını hədəf alaraq hər biri üçün inandırıcı bəhanələr seçirlər.
Belə ki, uşaqlara oyunlar, orta yaşlı insanlara endirim və kommunal xidmətlərin ödənilməsi üçün tətbiqlər, yaşlılara isə həkim qəbuluna yazılmaq üçün proqramlar təklif olunur.
Zərərli proqramların quraşdırılması üçün nəzərdə tutulan fayllar və saxta saytlara keçidlər sosial şəbəkə kanallarında, çatlarda və şəxsi mesajlarda reklam və ya tövsiyə adı altında yayılır. İstifadəçilər müxtəlif üstünlüklər əldə etmək vədləri ilə həmin proqramları quraşdırmağa sövq edilirlər.
Bəzi hallarda belə mesajlar tanış şəxslərin sındırılmış hesabları vasitəsilə də göndərilə bilər.
Proqram quraşdırıldıqdan sonra dələduzlar istifadəçinin mesajlarını oxumağa, şəxsi məlumatlarını və təsdiq kodlarını ələ keçirməyə başlayırlar. Bəzi tətbiqlər isə onlara cihazı məsafədən idarə etmək imkanı verir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 22 Noyabr 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















