Icma.az
close
up
RU
Статья не опубликована
Öz oyunumdan məmnun qalmadım, amma çempionat möhtəşəm keçdi Qrossmeyster Aydın Süleymanlı ilə eksklüziv MÜSAHİBƏ

Öz oyunumdan məmnun qalmadım, amma çempionat möhtəşəm keçdi Qrossmeyster Aydın Süleymanlı ilə eksklüziv MÜSAHİBƏ

Icma.az, Aznews.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzNews.az analitik-informasiya portalının suallarını şahmat üzrə ötən il Azərbaycan çempionu olmuş, Böyük Usta (Grandmaster) Aydın Süleymanlı cavablayır.

- Bu ilki Azərbaycan çempionatı ölkədə şahmatın inkişafında Sizcə necə rol oynayacaq?

- Bu ilki Azərbaycan çempionatının açıq-aşkar ölkə tarixinin ən güclü turniri olduğunu düşünürəm və bunun müsbət təsir göstərəcəyi qənaətindəyəm. Əvvəllər bu turnirin prestiji və əhəmiyyəti sanki bir qədər azalmışdı. Lakin mənə elə gəlir ki, bu ildən etibarən çempionatın nüfuzu artıb. Çox insan burada oynamaq, mübarizə aparmaq və qalib gəlmək istəyəcək. Üstəlik, turnirin qalibi milli komandaya vəsiqə qazanır ki, bu da çox vacib amildir.

- Şahmatçılar bu çempionata necə hazırlaşmışdı? Hansı əsas strategiya və metodlardan istifadə etdilər?

- Şahmatçılarımızın turnirə çox yaxşı hazırlaşdığını düşünürəm. Maraqlı və gərgin mübarizələr izlədik. Turnir bitdikdən sonra belə onu yaxından izləməyə davam edirdim. Həqiqətən də çox maraqlı bir turnir oldu.

- Çempionat gənc şahmatçılar üçün nə dərəcədə imkanlar yarada bilər? Gələcək ulduzların yetişməsinə hansı töhfələr verir?

- Belə turnirlər əslində gənc şahmatçılar üçün özlərini göstərmək baxımından çox önəmlidir. Məsələn, əgər hansısa gənc şahmatçı güclü bir qrossmeysterlə qarşılaşıb yaxşı oynayaraq qalib gəlsə, yəqin ki, artıq çox insan ona daha çox inanmağa başlayacaq. Bu, təbii ki, müsbət haldır. Həmçinin, həmin gənc şahmatçı üçün də bu turnirdə iştirak etmək, özünü göstərmək böyük bir motivasiya mənbəyidir. Belə hallar baş verdikcə düşünürəm ki, gənclərin inkişaf etmək şansı daha da artır.

- Azərbaycan çempionatı beynəlxalq arenada necə tanınır? Bu turnir dünya şahmat səhnəsində hansı təsirə malikdir?

- Əvvəllər Azərbaycan çempionatını beynəlxalq arenada çox insan izləmirdi. Amma bu il vəziyyət fərqli oldu, turnirə böyük maraq göstərildi. Turnirdən əvvəl bir çox xarici dostum mənə uğurlar diləmişdi, halbuki mən onlara burada oynayacağımı deməmişdim. Yəqin ki, bunu şahmat saytlarında və digər mənbələrdə görüb izləyərək mənə uğurlar arzulayıblar. Bu da onu göstərir ki, turnir, həqiqətən, hər baxımdan indiyə qədər keçirilmiş ən yaxşı Azərbaycan çempionatı olub.

- Süni intellekt və digər texnoloji yeniliklər çempionatda iştirakçıların hazırlıq prosesinə və oyunlarına necə təsir edib?

- Ümumiyyətlə, şahmat süni intellekt və texnologiyaların ən erkən tətbiq olunduğu idman növlərindən biridir. Belə deyək, artıq 40-50 ilə yaxındır ki, şahmatçılar oyuna hazırlaşarkən kompüterin köməyindən istifadə edirlər. Təbii ki, 2025-ci ildə süni intellekt və texnologiyadan demək olar ki, hamı yararlanır.

- Çempionatın izləyicilər arasında populyarlığı necədir? Daha geniş auditoriyaya çatmaq üçün hansı tədbirlər görülür?

- Bu il izləyicilər üçün çox yaxşı şərait yaradılmışdı. Onlar sadəcə zala keçid edərək kənardan şahmat oyunlarını izləyə bilirdilər ki, bu da, təbii ki, çox müsbət haldır. Şahmatın inkişafı və populyarlaşması üçün böyük bir töhfədir. Məsələn, mən fikir verdim ki, kiçik yaşlı uşaqlar belə gəlib oyunlarımızı izləyirdilər. Bu, onlar üçün böyük motivasiyadır. Ola bilər ki, bizim oyunlara baxaraq “mən də nə vaxtsa burada oynayacağam” deyib öz üzərlərində daha çox çalışsınlar.

- Qadın şahmatçıların Azərbaycan çempionatındakı rolu və nailiyyətləri barədə nə düşünürsünüz? Onları dəstəkləmək üçün əlavə hansı addımlar atılmalıdır?

- Əvvəllər bizdə kişi şahmatı çox güclü olub və zənnimcə, həmişə qadın şahmatından daha üstün olub. Lakin son dövrdəki nəticələrə baxsaq, bunun əksini demək olar. Dünya və Avropa çempionatlarında, eləcə də olimpiadalarda qadın şahmatçılarımız daha yaxşı nəticələr göstəriblər və onların açıq-aşkar inkişaf etdiyini görmək mümkündür. Hazırda qadın şahmatımız çox güclüdür. Bundan sonra daha da inkişaf edəcəklər.

- Öz oyunlarınızdan və nəticələrinizdən razı qaldınızmı?

- Öz oyunlarımdan məmnun qalmadım. Əslində, yaxşı nəticə göstərmədim, amma belə hallar olur. Bəzən belə turnirlərdə nəticələr gözlənildiyi kimi olmur. Əsas odur ki, pis nəticələrə baxıb dərs çıxarılmalı və növbəti turnirlərdə bu səhvləri təkrarlamamaq lazımdır. Yəni, bu, mənim üçün yaxşı bir təcrübə oldu və gələcəkdə bu təcrübə mənə faydalı olacaq, deyə düşünürəm.

Rəfiqə NAMAZƏLİYEVA

AzNews.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 17 Fevral 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see217

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see210

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see205

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see191

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see182

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see174

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see165

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see158

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see150

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see149

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see146

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see146

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see142

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see136

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see133

Emil qayınatası ilə qızının fotosunu yayımladı

18 Dekabr 2025 12:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri