Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Özbək operasının azərbaycanlı baş rejissoru

Özbək operasının azərbaycanlı baş rejissoru

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türküstan müxbirimizin görkəmli sənətkarlar barədə kitabı

Daşkənddəki “Renessans press” nəşriyyatı “Xalq qəzeti”nin Türküstan üzrə müxbiri Qulu Kəngərlinin Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrının baş rejissoru, Azərbaycanın və Özbəkistanın Xalq artisti, Dövlət mükafatı laureatı mərhum Firudin Səfərov haqqında Azərbaycan, özbək, türk və rus dillərində “İki xalqın oğlu Firudin Səfərov” kitabını nəfis tərtibatla çap edib. 

Kitabda Firudin Səfərovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, F.Səfərov 1968-ci ildə N. A. Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının musiqili teatr rejissorluğu fakültəsini bitirib.

Həmin il Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında quruluşçu rejissor kimi fəaliyyətə başlayan istedadlı rejissor qısa müddətdə yüksək yaradıcılıq imkanlarına, dərin səhnə duyumuna malik olduğunu göstərə bilib. F.Səfərov Bakı teatrında populyar milli və klassik opera tamaşalarına quruluş verib, teatr aləmində bacarıqlı rejissor kimi nüfuz qazanıb. Azərbaycanda çalışdığı müddətdə 40-a yaxın dövlət səviyyəli tədbirin hazırlanması Firudin Səfərova həvalə olunub.

Sovet dönəmində maraqlı işləri ilə bütün İttifaqda tanınan rejissor 1977-ci ildə Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrına dəvət alıb. Daşkənddə yaşadığı 47 il ərzində müasir və klassik operalara maraqlı səhnə həyatı verib. Firudin Səfərov Özbəkistanda keçirilən kütləvi bayramların da bədii rəhbəri və quruluşçu rejissoru olub. Qardaş ölkədə çalışdığı vaxtlarda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Koroğlu”, türk bəstəkarı Nevit Kodallının “Van Qoq” və görkəmli Azərbaycan bəstəkarı Vasif Adıgözəlovun “Natəvan” operalarına  quruluş verib. F.Səfərov Bakı və Daşkənd teatrlarından əlavə, Türkiyə, Rusiya, Belarus, Qazaxıstan və digər ölkələrdə də tamaşalar hazırlayıb. Rejissor, ümumiyyətlə, bu teatrlarda 70-dən çox klassik və müasir operaya səhnə həyatı verib. Firudin Səfərov Daşkənd Dövlət Konservatoriyasının professoru kimi gənc opera rejissorlarının hazırlanmasında da müstəsna xidmət göstərib. 

Rejissorun 70, 80, 85 və 90 illik ­yubileyləri Daşkənddə yüksək səviyyədə qeyd olunub, ictimai və musiqi fəaliyyətindəki xidmətlərinə görə Firudin Səfərov Özbəkistanın “Əmək şöhrəti”, “Görkəmli xidmətlərə görə”, “Fədakar xidmətləri üçün” ordenləri ilə və medallarla təltif olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə diaspor quruculuğu sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb. Firudin Səfərov ötən il iyulun 26-da 91 yaşında Daşkənddə vəfat edib. Qulu Kəngərli onun zəngin həyat və yaradıcılığını ustalıqla qələmə alıb. 

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 May 2025 06:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri