Icma.az
close
up
RU
Özü və atası əlil olan qazinin müraciətinə Rəsmi cavab

Özü və atası əlil olan qazinin müraciətinə Rəsmi cavab

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Vətən müharibəsi iştirakçısı sosial vəziyyəti ilə bağlı çətinlik çəkdiyini deyir. 3-cü qrup əlil olan Şərur rayonu, Danyeri kənd sakini Bəhruz İbrahimov müavinət və prezident təqaüdü ilə təmin edildiyini bildirir. Lakin səhhəti işləməyinə icazə vermədiyi üçün əlavə qazanc yeri tapa bilmir.

“Qafqazinfo”ya müraciət edən B.İbrahimovun sözlərinə görə, iki azyaşlı övladı var və ailənin yeganə təminatçısıdır: “Hazırda işsizəm, 11 500 AZN kredit borcum qalıb. Banklara və sosial dəstək fondlarına dəfələrlə müraciət etməyimə baxmayaraq, “pul yoxdur” cavabı alıram”.

37 yaşlı qazinin sözlərinə görə, 2015-ci ildən Naxçıvanda gizir kimi xidmət edib: “Günnüt əməliyyatı, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin Antiterror əməliyyatlarında iştirak etmişəm. İndi 942 manat əlilliklə bağlı müavinət, 400 manat isə prezident təqaüdü alıram. Lakin bu, heç nəyə bəs etmir. İki uşağım hazırlıqlara getməlidir, yeni tədris ili başlayır və bütün xərcləri çoxalır. Ailədə işləyənimiz yoxdur. Atam 2-ci qrup əlildir, anam da xəstədir. Üstəlik, bu kredit də hər ay ödənməlidir. Daha öncə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olmuşam və mənə 1000 manatlıq yardım ediblər ki, 3 aylıq kreditimi ödəyim. Bildirmişdilər ki, krediti bağlamağa da köməklik edəcəklər. Artıq 3 ay keçib. Mənim də imkanım yoxdur. Oradan da deyirlər ki, fondda pul yoxdur. Çarəsiz qalmışam”. 

Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən müraciətimizə cavab olaraq bunu bildirdilər: “Vətən müharibəsi iştirakçısı Şərur rayonu, Danyeri kənd sakini İbrahimov Bəhruz Əli oğlu dövlət tərəfindən müvafiq dəstək tədbiri ilə əhatə olunub.

Belə ki, ona 2025-ci ildə orqanizmin funksiyalarının 35% pozulmasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar iki il müddətinə (30 iyun 2027-ci il tarixinədək) əlillik təyin edilib. Hazırda B.İbrahimova aylıq əsasda ümumilikdə 1342,75 manat (942,75 manat pensiya, 400 manat Prezident təqaüdü) sosial ödəniş həyata keçirilir. 

Ona müharibə zamanı aldığı ağır xəsarətə və əlilliyə görə ümumilikdə 4400 manat manat məbləğində sığorta ödənişi edilib. Bundan başqa ona Naxçıvan MR-in “Dəstək” fondu tərəfindən 21 iyul 2025-ci ildə 1000 manat məbləğində maddi yardım edilib”.

Qeyd edilib ki, nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinə daxil olmuş Şərur rayonu, Danyeri kənd sakini İbrahimov Bəhruz Əli oğlunun 07 iyun 2025-ci il tarixli işlə bağlı müraciətinə aidiyyəti üzrə baxılıb: “Müraciətin araşdırılması və dəqiqləşdirilməsi məqsədilə Agentliyin Şərur Rayon Sektorunun əməkdaşı tərəfindən B.İbrahimovla əlaqə saxlanılıb, vətəndaş işlə bağlı tələbinin olmadığını bildirərək sektora gəlməkdən imtina edib.

12 iyun 2025-ci il tarixində özünüməşğulluq proqramının “Broyler inkubatoru” zərfi üzrə müvafiq sistem üzərindən qeydiyyata alınıb. Vətəndaşın özünüməşğulluq proqramına cəlb olunmasına qanunamüvafiq baxılacaq”.

Qeyd edək ki, qazi Bəhruz İbrahimov “Füzulinin azad olunması”, “Cəbrayılın azad olunması”, “Qüsursuz xidmətə görə” III dərəcəli və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Lamiyə Məmmədova 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Avqust 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri