Pakistan naziri: Yaşıl mobillik yanaşmasının əsas sütunlarından biri nəqliyyatın elektrifikasiyasıdır
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Pakistan üçün "yaşıl mobillik" yanaşmasının əsas sütunlarından biri nəqliyyat vasitələrinin elektrifikasiyasıdır.
"Report" xəbər verir ki, bunu Pakistanın kommunikasiya naziri Abdul Aleem Xan COP29-da İqlim və Urbanizasiya üzrə Nazirlər Toplantısı çərçivəsində “Yaşıl Şəhər Nəqliyyatı” adlı Yüksək Səviyyəli Dəyirmi Masada deyib.
"Milli səviyyədə Pakistan "yaşıl nəqliyyat" təşəbbüslərini dəstəkləyən aydın siyasət çərçivələrinin yaradılmasına sadiqdir. Milli nəqliyyat siyasətimiz iqlim məqsədlərimizlə uzlaşdırılır və hər bir şəhər nəqliyyatı layihəsinin davamlı, azkarbonlu və iqlim şoklarına davamlı olmasını təmin edir", - o vurğulayıb.
Onun sözlərinə görə, Pakistanın "yaşıl iqtisadiyyat"a keçid və dekarbonizasiya sahəsində maliyyə ehtiyacları yüksək olaraq qalır: "Ölkə iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək üçün beynəlxalq iqlim maliyyəsinə çıxışın artırılmasını nəzərdə tutur. Pakistan Paris Sazişinin 6-cı maddəsində nəzərdə tutulan alətlərdən istifadəni də nəzərdən keçirir. Pakistan artıq maliyyələşdirmə mənbələrini şaxələndirməyə kömək edəcək bazar və qeyri-bazar yanaşmalarını, o cümlədən yaşıl-mavi istiqrazları, karbon qiymətləndirmə alətləri və s. müəyyən edib".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 20 Noyabr 2024 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















