Pakistan XİN rəhbəri çinli həmkarı ilə danışığında Hindistanın qanunsuz hərəkətlərini rədd edib
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İsxaq Dar Çinin xarici işlər naziri Van İ ilə danışığında Hindistan tərəfinin qanunsuz hərəkətlərini qəti şəkildə rədd edib.
“Report” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İ.Dar çinli həmkarına mövcud regional vəziyyət barədə məlumat verib, Hindistanın birtərəfli və qeyri-qanuni hərəkətlərini, habelə Pakistana qarşı əsassız təbliğatını qəti şəkildə rədd edib.
Pakistanın xarici işlər naziri Çinin ardıcıl və sarsılmaz dəstəyinə görə dərin minnətdarlığını ifadə edərək, İslamabadın Pekinlə sarsılmaz dostluğuna və hərtərəfli strateji tərəfdaşlığa dair ortaq baxışına qəti sadiqliyini bir daha vurğuladı. O, Pakistanın bütün sahələrdə ikitərəfli əməkdaşlığı daha da dərinləşdirmək əzmində olduğunu vurğulayıb.
Hər iki tərəf regional sülhün və sabitliyin qorunmasına, qarşılıqlı hörmət və anlaşmanın təşviqinə, birtərəflilik və hegemon siyasətlərə birgə qarşı çıxmağa qəti sadiq olduqlarını təsdiqləyiblər. Onlar regionda və onun hüdudlarından kənarda sülh, təhlükəsizlik və davamlı inkişaf kimi ümumi məqsədlərə nail olmaq üçün bütün səviyyələrdə sıx əlaqə və koordinasiyanı davam etdirməyə razılaşıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 27 Aprel 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















