Icma.az
close
up
RU
Papa Türkiyənin statusunu dəyişdi: Dünya heyrət içində Ərdoğandan nə xahiş edilib?

Papa Türkiyənin statusunu dəyişdi: Dünya heyrət içində Ərdoğandan nə xahiş edilib?

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Roma Papası XIV Leonun Türkiyəyə səfəri ilk baxışda sırf dini xarakterli təsir bağışlasa da, hadisəni dərin tarixi fonda, Vatikan–Türkiyə əlaqələrinin inkişaf xətti üzərində təhlil etdikdə, bu ziyarətin həm xristian dünyası, həm də geopolitik balans üçün mühüm mesajlar daşıdığı görünür”.

Bu sözləri Globalinfo.az-a politoloq Ramiyə Məmmədova Roma Papasının Türkiyəyə səfərini şərh edərkən deyib.

Politoloq bildirib ki, Vatikanın simvolik dili ilə Ankara diplomatiyasının reallıq yönümlü mesajları bu səfərdə kəsişdi:

“Səfərin nəticəsi olaraq həm regionda, həm Qərbdə, həm də İslam dünyasında müxtəlif siyasi siqnallar verildi. Əslində, Türkiyə xristian dünyası üçün böyük əhəmiyyət kəsb edir. Tarixə baxdıqda, bugünkü Türkiyə ərazisi xristianlığın ən erkən formalaşdığı, kilsə institutlarının təşəkkül tapdığı, Şərq və Qərb xristianlığının bölündüyü, böyük konsillərin keçirildiyi məkan olub. Buna görə Türkiyə təkcə coğrafi olaraq deyil, mənəvi və teoloji baxımdan da xristian sivilizasiyasının əsas beşiklərindən biri hesab olunur. Bunu xristian abidələrinin çoxluğu da göstərir.

Həmin abidələr Türkiyənin tarixən xristian dünyasına yaxınlığını və bu coğrafiyanın xristianlığın yaddaş xəritəsində mərkəzi yer tutduğunu təsdiqləyir. Başqa sözlə, Türkiyə müsəlman ölkəsi olsa da, xristian mədəniyyətinin “keçmiş arxivləri” məhz bu torpaqlarda yerləşir”.

Politoloqun sözlərinə görə, Papanın Bursa bölgəsindəki İznikə səfəri sıradan bir mərasim deyildi:

“İznik xristian dünyası üçün önəm daşıyan bölgədir. İznik Konsilləri (325 və 787-ci illər) xristian teologiyasını formalaşdıran ən mühüm toplantılar idi. Xüsusilə I İznik Konsili – Teslis doktrinası, İsa Məsihin təbiəti, kilsə təqvimi və doktrinal vahidlik kimi məsələləri təsbit etmişdi. Papa burada dua etməklə Kilsənin tarixi köklərinə dönüş mesajı verdi; xristian aləminin parçalanmış vəziyyətində simvolik “vahid mənəvi başlanğıc” xatırlatması etdi; Türkiyənin xristian irsinə sahiblik mövqeyinə bir növ təşəkkür və hörmət göstərdi. Bu, həm də Vatikanın Türkiyə ilə dini dialoqu və yeni siyasi səhifəni gücləndirmək niyyətinin göstəricisi idi.

Əslində, Türkiyə–Vatikan münasibətləri əsrlər boyunca çoxqatlı və dəyişkən xarakter daşıyıb. Belə ki, XV əsrdən etibarən Vatikan Osmanlı ilə həm rəqib, həm də diplomatik tərəfdaş kimi münasibətlər saxlayıb. Həmçinin Osmanlı imperiyasında xristian millətləri üçün Vatikan çox vaxt “müdafiəçi vasitə” kimi çıxış edib. O cümlədən, Osmanlı dövründə Papanın Konstantinopola təsiri olsa da, diplomatik ziyarətlər nadir idi.

1923-dən sonra Ankara ilə Vatikan arasında münasibətlər daha institusional və siyasi müstəviyə keçdi. II Vatikan Konsili dövründən sonra dialoq və dinlərarası anlaşma konsepsiyası gücləndi. Müasir dövrdə isə münasibətlərin mərkəzində daha çox dinlərarası dialoq, azlıqların hüquqları, Yaxın Şərq və Aralıq dənizi təhlükəsizliyi, qaçqın və humanitar məsələlər dayanır.

Yəni, bir sözlə, Vatikan Türkiyəni həm “İslam aləminin böyük dövləti”, həm də “xristian irsinin sahiblərindən biri” kimi görür. Papa Leonun Türkiyə səfəri bir çox siyasi motiv və mesajlarla yadda qaldı. Belə ki, Vatikan tarixən Türkiyəyə iki fərqli optikadan baxıb: birincisi, xristianlığın tarixi mərkəzi kimi, ikincisi isə İslam dünyasına açılan strateji qapı kimi. Papa Leonun ziyarətində bu iki baxış eyni anda aktiv idi”.


Ramiyə Məmmədova

R.Məmmədova vurğulayıb ki, ziyarət təkcə dini dialoq deyil, eyni zamanda Vatikanın “regional güc balansı”na dair mövqeyinin yenilənməsi idi:

“Çünki Vatikan son illərdə Yaxın Şərqdə xristian icmaların azalması, terror və zorakılıq, Qüdsün gələcəyi, qaçqın böhranı kimi problemlərdən narahatdır. Bu problemlərin heç birinin Türkiyə olmadan həll edilməsi mümkün deyil. O səbəbdən, səfər bir növ “Ankara olmadan regional sabitlik mümkün deyil” mesajını verdi.

Bu mesajları həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, həm də Papanın çıxışlarında görmək olur. Türkiyə Prezidenti ölkəsinin “dünya dinləri arasında körpü” statusunu vurğulayaraq Qərb ilə Şərq, islam ilə xristianlıq, sivilizasiyalar arasında unikal vasitəçi rolunu önə çəkdi. Bu, həm imic siyasəti, həm də Ankara üçün effektiv bir “soft-power” strategiyası kimi təqdim edildi.

Ərdoğan bu mesajı xüsusilə Qərbə yönəltdi. Digər tərəfdən, Ərdoğan “Ayasofiyanın məscid statusu dəyişməzdir, lakin xristian irsinə hörmət qorunur”, – deməklə həm daxili siyasət – yəni islamçı elektoratın məmnunluğu, həm də xarici siyasət – gərginliyin yumşaldılması baxımından ikiqat mesaj verdi”.

Politoloq qeyd edib ki, Papa Leonun Türkiyə haqqında verdiyi siyasi və qlobal mesajlar Vatikanın müsəlman-xristian münasibətlərini XXI əsr geosiyasətinin kritik sahələrindən biri kimi qiymətləndirdiyini göstərdi:

“Türkiyə burada açar ölkədir; regional sabitlik və Yaxın Şərq siyasəti – o cümlədən Suriya, Qüds, Livan, İraq kimi bölgələrdə sülhün bərpası – Ankaranın iştirakını tələb edir.

Vatikan həmçinin Türkiyənin milyonlarla suriyalı qaçqına ev sahibliyini “xristianlığın mərhəmət və humanizm prinsiplərinə uyğun addım” kimi qiymətləndirir. Papa Türkiyəyə bir növ “xristian irsinin qoruyucusu kimi davranmağa davam etməsi” çağırışını da etdi. ABŞ, Avropa İttifaqı və Rusiya kimi aktorlara isə Türkiyənin dinlərarası dialoqda və regionda vazkeçilməz mövqeyə sahib olduğu mesajını verdi”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Noyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see199

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see130

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri