Icma.az
close
up
RU
Ukraynanın taleyi 20 martda həll olunacaq

Ukraynanın taleyi 20 martda həll olunacaq

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Avropa İttifaqı ölkələrinin bu həftənin sonuna qədər Ukraynaya 40 milyard avro məbləğində yardım paketini təsdiqləməsi çətin görünür. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən xəbər verib. Məlumata görə, Aİ liderləri bu məsələni 20 martda keçiriləcək sammitdə müzakirə edəcəklər. Lakin yekun razılığa gəlmələri gözlənilmir. Agentliyin mənbələri bildiriblər ki, Aİ ölkələrinin əksəriyyəti təşəbbüsü dəstəkləsə də, bəzi dövlətlər, xüsusilə Fransa və İtaliya planla bağlı əlavə məlumat tələb edərək müzakirə üçün daha çox vaxt istəyiblər. 

Macarıstan, ümumiyyətlə Kiyevə hər hansı yardımın göstərilməsinə qarşı çıxır. Bir Avropa diplomatı “Bloomberg”-ə açıqlamasında bildirib ki, bu plan Ukraynaya daha az dəstək verən ölkələrə təzyiq göstərmək üçün bir vasitə kimi nəzərdən keçirilir. 17 martda Brüsseldə keçirilən Aİ Şurasının iclasından sonra Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas mətbuat konfransında bildirib ki, 27 Aİ ölkəsinin xarici işlər nazirləri hələ də Ukraynaya 40 milyard avroluq yardım paketi ilə bağlı razılığa gəlməyiblər, lakin yaxın zamanda irəliləyiş olacağına ümid edirlər. 

Kallas artıq bu planın təsdiqlənməsi ilə bağlı Aİ-nin bir sıra problemlərlə üzləşdiyini etiraf edib. Layihəyə əsasən, 2025-ci ildə Ukrayna üçün 2 milyon artilleriya mərmisi alınacaq və hava hücumundan müdafiə sistemlərinin prioritetli tədarükü həyata keçiriləcək. Kallas ümid edir ki, bu paketin maliyyələşdirilməsi üçün təxminən 2 milyard avro, 2025-ci ildə dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına təmin olunacaq. 

Səbinə Uğur 
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Mart 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1385

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see676

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see527

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see515

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see506

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see461

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see436

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see433

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see422

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see409

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see398

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see359

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see346

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see341

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see339

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see311

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see308

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see281

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see263

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see263
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri