Icma.az
close
up
RU
Parlament yeni problemlər köhnə...

Parlament yeni problemlər köhnə...

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Paşinyanın komandası mövqeyini möhkəmləndirsə də, ölkədə daxili siyasi gərginlik səngiməyib

İyunun 7-də Ermənistanda keçirilmiş parlament seçkiləri ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Seçkinin nəticələri Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” partiyasının hakimiyyətini davam etdirməsinə imkan versə də, bu, ölkədə bütün siyasi problemlərin həll olunduğu anlamına gəlmir. Əksinə, yeni çağırış qanunverici orqanın fəaliyyətə başlamasına sayılı günlər qaldıqca aydın görünür ki, seçkilər hakimiyyətə növbəti etimad mandatı qazandırsa da, Ermənistanın uzun illərdən bəri formalaşmış daxili ziddiyyətlərini aradan qaldırmayıb.

Parlamentdə formalaşmış yeni siyasi nizam hakim partiyaya qanunvericilik təşəbbüslərini rahat həyata keçirmək imkanı verir. Lakin siyasi proseslər göstərir ki, Paşinyanın qarşısını təkcə parlament müxalifəti deyil, müxtəlif siyasi mərkəzlər, o cümlədən keçmiş hakimiyyət nümayəndələri, xarici xüsusi xidmət orqanına bağlı Erməni Apostol Kilsəsi və digər narazı kütlələr kəsməyə çalışır. Bu səbəbdən hökumətin qarşıdakı dövrdə fəaliyyəti yalnız parlament çoxluğu ilə deyil, cəmiyyətdə yaranacaq siyasi balansla da müəyyən ediləcək.

Müxalifət güc toplayır

Etiraf etmək lazımdır ki, müxalifət yeni parlamentdə əvvəlki çağırışla müqayisədə daha üstün imkanlara malikdir. Bundan öncə – 2021-ci il iyunun 20-də keçirilmiş növbədənkənar seçkilərlə bu il keçirilmiş seçkilərin müqayisəli təhlili belə deməyə əsas verir. 2021-ci ildə “Mülki müqavilə” partiyası 105 yerlik parlamentdə 72, Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” alyansı 27, Artur Vanetsyanın “Şərəfim var” bloku 6 mandat qazanmışdı. Builki seçkilərdə isə hakim partiya 64, yeni yaranmış və seçkilərdə ilk dəfə iştirak edən oliqarx Samvel Karapetyanın qurucusu və rəhbəri olduğu “Güclü Ermənistan” partiyası 29, Koçaryanın “Ermənistan” bloku isə 12 deputat yeri qazanıb. Başqa sözlə desək, müxalifət 2021-ci ildə cəmi 33, bu il isə 41 deputat mandatı əldə edib. Hakim partiyanın əldə etdiyi mandatların sayı 72-dən 64-ə düşüb. Yeri gəlmişkən, 2018-ci il dekabrın 9-da keçirilmiş seçkilərdə isə Paşinyanın “Mülki müqavilə”si 88 deputat mandatı qazanmışdı.

Beləliklə, demək olar ki, müxalifət yeni parlamentdə əvvəlki çağırışla müqayisədə daha geniş imkanlara malikdir. Ancaq seçki kampaniyası dövründə vahid mövqe nümayiş etdirə bilməyən müxalif qüvvələr səsvermədən sonra da ortaq siyasi xətt formalaşdırmaqda çətinlik çəkirlər. Onların əsas fəaliyyəti parlament tribunasında hökuməti tənqid etməklə məhdudlaşır. Lakin Ermənistan siyasətinin son illərdəki təcrübəsi göstərir ki, ölkədə siyasi mübarizə heç vaxt yalnız parlament divarları arasında aparılmır. Müxalifət parlamentdə zəif görünə bilər, amma küçə aksiyaları, müxtəlif ictimai təşəbbüslər, informasiya platformaları və ayrı-ayrı nüfuzlu şəxslər vasitəsilə hakimiyyətə təzyiq göstərmək imkanlarını qorumağa çalışır.

Daha bir keçmiş prezident – Serj Sarkisyanın komandasının siyasi proseslərdən tam kənarda qaldığını söyləmək də çətindir. Onun tərəfdarları seçkilərdə iştirak etməsələr də, ölkənin siyasi gündəmini diqqətlə izləyir və hökumətin hər hansı uğursuz addımından istifadə etməyə çalışırlar. Xüsusilə sosial narazılığın artacağı təqdirdə, Sarkisyan tərəfdarlarının yenidən fəallaşacağı istisna edilmir.

Kilsə ilə gərginlik qalır

Ölkə daxilində diqqətçəkən əsas siyasi mövzulardan biri də hakimiyyətlə Erməni Apostol Kilsəsi arasında münasibətlərin gərgin olaraq qalmasıdır. Son aylarda tərəflər arasında qarşılıqlı ittihamlar bir qədər səngiyib, amma bunun tufanqabağı sakitlik adlandırılması daha doğru olardı. Hakimiyyətlə dini institut arasında narazılığın artması göstərir ki, məsələ artıq təkcə dini müstəvi ilə məhdudlaşmır. Kilsə uzun illər erməni cəmiyyətində mühüm təsir imkanlarına malik olub. Paşinyan isə dövlət idarəçiliyində bu təsirin zəiflədilməsinin vacibliyini açıq şəkildə nümayiş etdirir. Bu yanaşma cəmiyyət daxilində fərqli münasibətlər doğurur. Bir qrup bunu dövlət idarəçiliyinin müasirləşdirilməsi kimi qiymətləndirirsə, digər hissə kilsəyə qarşı təzyiq kimi qəbul edir. Hakimiyyət keçən ilin yazından kilsə ilə qarşıdurmanın geniş ictimai narazılığa çevrilməsinə çalışır. Ancaq buna nail ola bilmir. Kilsə cəmiyyətdəki böyük nüfuzunu qoruyub saxlamağı bacarır. Proseslərin gedişi göstərir ki, din amili Ermənistan siyasətində hələ uzun müddət təsirli faktor olaraq qalacaq.

Hüquqi müstəvidə qarşıdurma

Son aylarda Ermənistanın daxili gündəmində diqqətçəkən digər istiqamət müxtəlif tanınmış siyasətçilər və oliqarx biznesmenlərlə bağlı aparılan hüquqi araşdırmalardır. İqtidar bu prosesləri qanunun aliliyinin təmin olunması kimi təqdim edir. Müxalifət isə onları siyasi rəqiblərə qarşı təzyiq vasitəsi hesab edir.

Rusiyalı milyarder, oliqarx Samvel Karapetyan ətrafında baş verən hadisələr, “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qaqik Sarukyanla bağlı istintaq hərəkətləri və bəzi keçmiş hakimiyyət nümayəndələrinə yönəlmiş hüquqi prosedurlar daxili siyasi müzakirələrin əsas mövzularından biri olaraq qalır. Bu proseslər Paşinyanın seçkiqabağı dövrdə korrupsiya və seçicilərin rüşvətlə ələ alınmasına qarşı mübarizə vədlərinin davamı kimi təqdim edilsə də, onların siyasi nəticələri barədə fərqli yanaşmalar mövcuddur. Hakimiyyət tərəfdarları hesab edir ki, əvvəlki illərdə toxunulmaz hesab edilən şəxslərin məsuliyyətə cəlb olunması hüquqi dövlət quruculuğunun göstəricisidir. Müxalifət isə seçmə yanaşmanın mövcud olduğunu irəli sürür.

Sülh gündəliyi sınağı

Azərbaycanla münasibətlərin normallaşdırılması və ölkə konstitusiyasına zəruri dəyişikliklərin edilməsi istiqamətində atılan addımlar Paşinyan hökumətinin daxili siyasi vəziyyətinə birbaşa təsir göstərən amillərdəndir. Hər dəfə sülh prosesi ilə bağlı yeni mərhələ başlayanda Ermənistan daxilində müxtəlif siyasi qüvvələrin mövqeləri daha qabarıq şəkildə üzə çıxır. Rəsmi İrəvan regionda uzunmüddətli sabitliyin iqtisadi inkişaf üçün vacib olduğunu bildirir. Qisasçı müxalifət isə iqtidarı bəzi məsələlərdə güzəştli mövqe tutmaqda ittiham edir. Bu fikir ayrılığı cəmiyyət daxilində də müşahidə olunur və siyasi debatların əsas istiqamətlərindən birinə çevrilib. Nikol üçün əsas çətinlik xarici siyasətdə qəbul edilən qərarların daxildə ciddi siyasi böhrana səbəb olmamasını təmin etməkdir. Bu isə hökumətin qarşıdakı dövrdə ən mürəkkəb vəzifələrindən biri olacaq.

Siyasi sabitlik başlıca hədəfdir

Yeni parlament Paşinyana qanunvericilik baxımından geniş imkanlar yaratsa da, bu üstünlük ölkənin bütün problemlərinin avtomatik həll olunması demək deyil. Ermənistan iqtisadiyyatında mövcud çətinliklər, sosial gözləntilər, demoqrafik problemlər, təhlükəsizlik məsələləri və xarici siyasətdə davam edən mürəkkəb proseslər hökumətin fəaliyyətini ciddi şəkildə sınağa çəkəcək. Bu sınaqdan layiqincə çıxa bilmək üçün hakimiyyət seçkidən sonra daha çevik idarəçilik modeli formalaşdırmağa çalışır. Dövlət aparatında aparılması gözlənilən dəyişikliklər, konstitusiya islahatları ilə bağlı müzakirələr və müxtəlif sahələrdə planlaşdırılan yeniliklər qarşıdakı aylarda siyasi gündəmin əsas mövzularından olacaq. Bununla yanaşı, cəmiyyət seçki vədlərinin real nəticələrini gözləyir. Əgər sosial-iqtisadi vəziyyətdə nəzərəçarpacaq irəliləyiş əldə olunmasa, parlamentdəki üstünlük hökuməti ictimai narazılıqdan sığortalaya bilməyəcək.

Beləliklə, aydın olur ki, Ermənistanda yeni parlament formalaşsa və yaxın həftələrdə ilk iclasını keçirməyə hazırlaşsa da, ölkənin siyasi gündəliyini müəyyən edən əsas problemlər dəyişməyib. Paşinyan komandası qanunverici orqanda konstitusion çoxluğa malik olmasa da, üstün mövqeyini qoruyur. Yəni 2 müxalifət bloku azlıqdadırlar və parlament çoxluğu Paşinyan hökumətinin əlindədir. Lakin onu da nəzərə almaq lazımdır ki, siyasi proseslər parlamentlə məhdudlaşmır. Müxalifətin yeni fəaliyyət formaları axtarması, kilsə ilə davam edən gərginlik, hüquqi müstəvidə aparılan səs-küylü araşdırmalar və sülh gündəliyinin yaratdığı daxili müzakirələr Paşinyan hökumətinin qarşısında bir-biri ilə əlaqəli bir neçə siyasi cəbhə formalaşdırır. Hazırkı mərhələdə Ermənistan üçün əsas məsələ seçki sonrası yaranmış nisbi siyasi sabitliyin nə dərəcədə davamlı olacağıdır. Hakimiyyət parlament çoxluğuna arxalansa da, ölkənin gələcək siyasi mənzərəsini müəyyən edəcək amil cəmiyyətin gözləntilərinə nə dərəcədə adekvat cavab verilməsi və daxili ziddiyyətlərin hansı üsullarla nizamlanması olacaq.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 İyul 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda avtobusla toqquşan “Mercedes”in arxası “yoxa çıxdı” VİDEO

16 İyul 2026 15:32see296

“Sabah” 10 cu qalib

16 İyul 2026 00:18see271

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see266

Baş nazirdən Şuşa barədə YENİ QƏRAR

15 İyul 2026 23:06see266

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

16 İyul 2026 06:56see262

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see252

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see242

ABŞ “yaşıl kartı” 100 min dollara SATACAQ

16 İyul 2026 11:20see235

İran yaralanan mülki şəxslərin sayını açıqladı

16 İyul 2026 02:02see232

Rəhmanın dostu da dənizdə boğulubmuş Video

16 İyul 2026 23:19see211

Santorini əvəzinə Serifos, Kapri əvəzinə Proçida: Avropada kəşf edilməyi gözləyən 5 ada

16 İyul 2026 03:04see177

İranda uşaq xəstəxanasının yaxınlığına raket atıldı

16 İyul 2026 03:11see177

Ərbakanın NATO sammiti ilə bağlı şərhi Ərdoğanı qəzəbləndirə bilər

16 İyul 2026 17:53see176

Gəmi kapitanı Səmədin nəşi tapıldı

16 İyul 2026 21:16see176

Brüsselə verilən siyasi mesaj: Avropa Bakıya möhtacdır

15 İyul 2026 19:04see173

Anar Quliyev: Azərbaycanın 79 şəhərindən 68 i üçün baş planlar hazırlanıb

16 İyul 2026 09:17see172

Məleykə Abbaszadə bakalavrlar üçün tövsiyələr verib

17 İyul 2026 00:34see172

Banqladeşdə qızılcadan ölənlərin sayı 779 a çatdı

16 İyul 2026 22:23see169

İngiltərə mundialda qol vurmaq üzrə rekorda imza atıb

16 İyul 2026 02:05see166

Qurban Qurbanov: “Belə hava şəraitində daha yaxşı oynadıq”

17 İyul 2026 02:29see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri