Icma.az
close
up
RU
PAŞA Bank”la Yapı Kredi Bank Azərbaycan”ın vəzifəli şəxsləri cəzalandırılıb

PAŞA Bank”la Yapı Kredi Bank Azərbaycan”ın vəzifəli şəxsləri cəzalandırılıb

Azərbaycan Mərkəzi Bankı "PAŞA Bank” ASC-nin və "Yapı Kredi Bank Azərbaycan” QSC-nin vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.

Mia.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Qeyd edilib ki, aparılan cari nəzarət prosesləri çərçivəsində hər iki bankda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması aşkarlanıb. Son nəticədə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci, 598.4-cü maddələrinə əsasən "PAŞA Bank"ın vəzifəli şəxsi Ağdam Rayon Məhkəməsinin qərarı ilə 10 min manat, Məcəllənin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən isə "Yapı Kredi Bank Azərbaycan"ın vəzifəli şəxsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 8 min manat cərimə edilib.

seeBaxış sayı:46
embedMənbə:https://mia.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri