Paşinyan Qalstyanı 18 illik həbsə göndərdi
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanda casusluqda ittiham olunan Sarkis Qalstyan 18 il müddətinə azadlıqdan məhrum edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan prokurorluğu məlumat yayıb.
Bildirilir ki, vaxtilə qondarma rejimdə “məmur” işləmiş Qalstyan 2020-ci ildən xarici kəşfiyyat orqanı tərəfindən işə götürülüb və casusluq fəaliyyəti ilə məşğul olub.
Məhkəmə aktını Sünik (Zəngəzur) vilayətinin ümumi yurisdiksiya məhkəməsi dərc edib. İttiham tərəfi isə ona ömürlük həbs cəzası istəyib.
Qeyd edək ki, Qalstyan qondarma rejimdə müxtəlif vəzifələrdə çalışıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az

Paşinyan Qalstyanı 18 illik həbsə göndərdi
22 Noyabr 2024 20:56
Paşinyan onu Rusiyaya göndərdi
20 Dekabr 2024 11:10
Paşinyan Tonoyanı Hindistana göndərdi
29 Noyabr 2024 23:48
Paşinyan Novruz təbriki göndərdi
20 Mart 2025 10:58
Paşinyan 2026 seçkilərinə hazırlaşır Rəqiblərini həbsə ataraq
11 Yanvar 2025 14:14

