Icma.az
close
up
RU
Paşinyan: Tramp marşrutu çərçivəsində hər şey qarşılıqlı olmalıdır

Paşinyan: Tramp marşrutu çərçivəsində hər şey qarşılıqlı olmalıdır

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Tramp marşrutu" (TRIPP, Zəngəzur dəhlizi - red.) çərçivəsində hər şey qarşılıqlı olmalıdır".

Oxu.Az-ın Ermənistan KİV-ə istinadən verdiyi xəbərə görə, bunu baş nazir Nikol Paşinyan hökumətin iclasından sonra keçirdiyi brifinqdə Azərbaycanın Zəngəzur dəhlizi vasitəsilə silah və əsgər daşıyıb-daşımayacağı ilə bağlı sualına cavab verərkən deyib.

Onun sözlərinə görə, bütün razılaşmalar qarşılıqlı olacaq: istənilən bənd həm Ermənistana, həm də Azərbaycana eyni dərəcədə şamil olunacaq.

Bundan başqa, tərəflər hələlik razılaşmaların bütün detallarını müzakirə etməyiblər.

"Biz özümüzə sual verməliyik ki, biz öz qoşunlarımızın və silahlarımızın Naxçıvandan keçməsini istəyirik, ya yox? Biz silahların Naxçıvandan dəmir yolu ilə Meğriyə keçməsini istədiyimizə qərar verdikdə bu məsələ ilə bağlı danışıqlara başlayacağıq. Əgər biz bunu istəmədiyimizə qərar versək, müvafiq düsturu rəhbər tutacağıq", - Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, kommunikasiyaların açılması və "Tramp marşrutu" ilə bağlı istənilən məsələyə əvvəllər bəyan edilmiş beş prinsip kontekstində baxılmalıdır.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri münaqişənin sülh yolu ilə həlli ilə bağlı Birgə Bəyannamə imzalayıblar. Sənədə əsasən, Ermənistan Azərbaycanın Naxçıvanla quru əlaqəsini quracağı marşrutu inkişaf etdirmək üçün ABŞ-yə 99 il müddətinə eksklüziv uzunmüddətli hüquqlar verəcək. ABŞ tərəfi torpaq sahəsini infrastruktur və idarəetməyə cavabdeh olan konsorsiuma subicarəyə verməyi planlaşdırır.

Hər iki ölkənin xarici işlər nazirləri ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması ilə bağlı birgə müraciət də imzalayıblar.

Həmçinin Ermənistan və Azərbaycanın xarici işlər nazirləri gələcək sülh sazişinin mətnini paraflayıb və daha sonra onu dərc ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Sentyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri