Icma.az
close
up
RU
“Paşinyan və ətrafı da daxillərində bunu qəbul edə bilmirlər...” Ramiz Yunus

“Paşinyan və ətrafı da daxillərində bunu qəbul edə bilmirlər...” Ramiz Yunus

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycan nümayəndə heyətinin Ermənistan səfəri, heyətdə ictimaiyyət nümayəndələrinin də olması hər iki ölkədə həm müsbət, həm də tənqidi rezonans doğurub. Bu, iki ölkə arasındakı sülh prosesinin nə qədər ağrılı olduğunu açıq-aydın göstərir”.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ-də yaşayan azərbaycanlı siyasi təhlilçi, Xəzər Universitetinin professoru Ramiz Yunus bildirib.

Politoloq qeyd edib ki, müstəqillik dövründə iki qanlı müharibədən keçən bu xalqlar üçün sülh prosesinin nə dərəcədə həssas olduğu yaxşı başa düşüləndir.

"35 illik böyük siyasət təcrübəmə əsaslanaraq bütün müharibələrin nə vaxtsa bitəcəyini başa düşsəm də, erməni cəmiyyətinin bu gün Azərbaycanla səmimi şəkildə sülh arzuladığına inanmaq çətindir", – deyə professor bildirib.

O, vurğulayıb ki, bu şübhə yalnız Paşinyanın rəqiblərinə aid deyil – həmçinin Ermənistanın baş naziri, onun tərəfdarları və bütövlükdə erməni cəmiyyəti üçün də xarakterikdir.

“Onlar da daxillərində müharibənin nəticələrini və Qarabağın tam şəkildə Azərbaycanın hüquqi sahəsinə əbədiyyən qayıtmasını qəbul edə bilmirlər”, – deyə professor bildirib.

Ramiz Yunus qeyd edib ki, bütün bu illər ərzində səmimi olaraq xalqlarımız və ölkələrimiz arasında sülh istəyən yeganə erməni mərhum Georgi Vanyan olub.

"Bir dəfə telekörpüdə mənimlə üzbəüz görüşü zamanı bunu açıq deyib. Georgi Vanyan Azərbaycanın haqlı olduğunu başa düşürdü və açıq şəkildə Ermənistanı ittiham edirdi. Ermənilərin bu konflikti başladığını, başqasının ərazisinə göz dikdiyini söyləyirdi. Məhz buna görə də Georgi Vanyan bütün erməni cəmiyyətinin sərt reaksiyasına, linçinə məruz qalmışdı", – deyə politoloq vurğulayıb.

Professor əlavə edib ki, onun qəti inancına görə, Georgi Vanyan kimi insanlar erməni cəmiyyətində çox olmasa, xalqlarımız arasında barışma prosesi həmişə emosional partlayışlarla müşayiət olunacaq. Amma başqa yol yoxdur, sülhün alternativi müharibədir.

O vurğulayıb ki, Ermənistan nə qədər İkinci Qarabağ müharibəsinin nəticələrini ağrılı qəbul etsə də, müasir Azərbaycanda heç kim və heç vaxt belə tarixi səhvlərin təkrarlanmasına yol verməyəcək.

Ramiz Yunus bildirib ki, bu səbəbdən Ermənistanın qarşıdakı seçkiləri və daha sonra yeni Konstitusiyanın qəbulu üzrə referendum əsas sualın cavabını verəcək: Azərbaycanla müharibə tərəfdarıdırlar, yoxsa sülh tərəfdarı?

O qeyd edib ki, qərarı Ermənistan verməlidir və Azərbaycan bu prosesi diqqətlə izləyəcək, bütün mümkün inkişaf ssenarilərinə – yaxşıdan pisə qədər – ciddi şəkildə hazırlaşacaq.

Professor sonda vurğulayıb ki, Azərbaycanın başqa ölkələrin ərazilərində gözü yoxdur, amma öz ərazilərimizi heç vaxt heç kimə verməyəcəyik.

O, Konfutsinin sözlərini xatırladaraq deyib: “Yeganə həqiqi səhv – keçmiş səhvlərini düzəltməməkdir”.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Oktyabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri