Icma.az
close
up
RU
Paşinyana elə gəlir ki, irəli sürdüyü təkliflər dünyanın ən ideal fikirləridir RƏY

Paşinyana elə gəlir ki, irəli sürdüyü təkliflər dünyanın ən ideal fikirləridir RƏY

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Amma Azərbaycan dövlətinin öz maraqları mövcudur və bunu qorumaqda israrlıdır


12-ci təkliflər paketini almağımız prosesin dalana dirənmədiyini göstərir. Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdə jurnalistlərlə söhbətində sülh müqaviləsini şərh edərkən deyib. Paşinyan bildirib ki, indi biz öz təkliflərimizi təqdim etməliyik, yəni proses gedir. Digər tərəfdən, etiraf etməliyik ki, delimitasiya komissiyaları işləyir. Biz də həll yolunu təklif etmişik və ümid edirik ki, Azərbaycan bu həllə müsbət cavab verəcək, çünki açığını desəm, mən təhlil edirəm və çox düşünürəm ki, Azərbaycan niyə bizim təklifimizə mənfi cavab verməlidir. Obyektiv təhlil göstərir ki, ondan imtina etmək üçün heç bir əsas yoxdur. Söhbət Ermənistanla Azərbaycan arasında dəmir yolu nəqliyyatından, yəni Azərbaycanın qərbindən Naxçıvana və Ermənistandan Ermənistana – Arazdəyəndən Mehriyə qədər olan əlaqədən gedir. Həm də hər iki ölkə beynəlxalq yükdaşımalar üçün bir-birinin ərazisindən keçən dəmir yollarından istifadə etmək imkanı əldə edəcək. O qeyd edib ki, Ermənistan Azərbaycanla dəmir yolunun istismar şərtlərini daha da sadələşdirməyə hazırdır. O bildirib ki, mən tez-tez təhlil edir və düşünürəm ki, Azərbaycan niyə bizim təklifimizə mənfi reaksiya verməlidir. Və obyektiv təhlil göstərir ki, imtina üçün heç bir əsas yoxdur. 


“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a söyləyib ki, Ermənistan hələ də siyasi  manipulyasiyalarla məşğuldur:


“Ermənistanda hələ də anlamaqda çətinlik çəkirlər ki, nəqliyyat və kommunikasiya xətlərinin açılması birbaşa yekun sülh sazişiylə bağlıdır. Rəsmi İrəvan isə hələ yekun sülh sazişi üçün münbit şərait yaratmağa nail olmayıb. Çünki təkcə sülh sazişinin mətninin razılaşdırılması yetərli deyil, eyni zamanda Azərbaycanın prinsipial şərtləri yerinə yetrilməlidir. Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiasının ləğvi lazımdır. Həmçinin rəsmi Bakı tələb edir ki, Azərbaycan və Ermənistan sərhədlərində Avropa Birliyinin mülki müşahidə missiyası və üçüncü tərəflərin hərbi kontingentləri yerləşdirilməsin. Azərbaycan və Ermənistan birlikdə Minsk qrupunun ləğviylə bağlı ATƏT-ə müraciət göndərməlidir. Ermənistan indiyə qədər sözügedən şərtlərin heç birini həll etməyib. Ermənistan Azərbaycan ərazilərinə olan iddialarla bağlı müddəaların konstitusiyadan çıxarılma prosesini 2026-ci ilə saxlayıb. Bu isə deməyə əsas verir ki, 2026-ci ilə qədər iki ölkə arasınsa yükun sülh sazişi imzalanmayacaq. Əgər Azərbaycan və Ermənistan arasında yaxın 2 il ərzində sülh sazişi imzalanmayacaqsa, deməli, nəqliyyat və kommunikasiya xətlərinin açılmasından danışmaq mənasızdır. Çünki sülh müqaviləsi imzalanana qədər Azərbaycan və Ermənistan arasında kommunikasiya xətlərin açılması mümkün deyil, rəsmi Bakının mövqeyi bundan ibarətdir”.


Ekspert bildirib ki, onlar anlayırlar ki, nəqliyyat və kommunikasiya xətlərinin bağlı olması, yəni Ermənistanın blokadada qalması özlərinin gələcək taleyi üçün ciddi problemlər yaradır:

“Ermənistan özünün inkişaf prespektivlərindən bəhrələnmək şansını itirir. Xüsusilə də, Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulmasından məhrum olur. Bu isə yaxın gələcəkdə Ermənistan üçün iqtisadi və sosial böhran deməkdir. Belə olan halda Nikol Paşinyan hakimiyyəti müxtəlif manipulyasiyalar etməklə nəqliyyat və kommunikasiya xətlərinin hansısa formada açılması üçün cəhdlər göstərir. Paşinyan hakimiyyətinə elə gəlir ki, onların irəli sürdüyü təkliflər dünyanın ən ideal fikirləridir. Amma Azərbaycan dövlətinin öz maraqları mövcudur və bunu qorumaqda israrlıdır. Digər tərəfədən Azərbaycanın Ermənistan kimi blokadada qalmaq problemi yoxdur. Azərbaycan üçün Ermənistanla iqtisadi və ticarət əlaqələri o qədər də önəmli deyil. Ermənistan öz gününə ağlamalı və Azərbaycanın şərtləriylə razılaşmalıdır. Belə olan halda iki ölkə arasında nəqliyyat və kommunikasiya xətlərinin açılmasında problem olmaz”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Fevral 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri