Icma.az
close
up
RU
Paşinyandan sərhədi keçən Azərbaycan hərbçisi ilə bağlı AÇIQLAMA

Paşinyandan sərhədi keçən Azərbaycan hərbçisi ilə bağlı AÇIQLAMA

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sərhədi keçərək Şaki kəndinə daxil olan Azərbaycan Ordusunun hərbçisi müəyyən müddət Ermənistanda qalacaq.

“Sputnik Armenia” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə sualları cavablandırarkən bildirib.

O qeyd edib ki, baş verən hadisə ilə bağlı bütün hüquqi prosedurlar həyata keçirilməlidir.

Paşinyanın sözlərinə görə, hadisə zamanı yaralanan Ani Avetyan adlı kənd sakini polis əməkdaşlarının gəlməsini gözləsəydi, bütün bunlar baş verməzdi.

“Hərbçinin gizləndiyi evə əvvəlcə uşaqlar yaxınlaşıb. Onlar evdə tanımadıqları şəxsi görərək bu barədə analarına məlumat veriblər. Bundan sonra qadın polisə zəng edib, lakin özü də hadisə yerinə getmək qərarına gəlib və polis əməkdaşlarından əvvəl oraya çatıb”, - o qeyd edib.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bəzi sosial media səhifələrində Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə xəbərlər yayıldığı qeyd olunub.

“Bildiririk ki, 2026-cı il sentyabrın 26-da Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılmış, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilmişdir.

Bununla yanaşı, hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılmış və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Araşdırma zamanı toplanmış materiallar əsasında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmış, hazırda iş üzrə zəruri istintaq və digər prosessual hərəkətlər davam etdirilir.

Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan Respublikasının ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilmişdir.

Hazırda Nəsimi Musayevin Ermənistan Respublikası ərazisində olması, saxlanılması, habelə hadisənin digər hallarının aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən qarşı tərəfin müvafiq qurumları ilə zəruri təmaslar davam etdirilir", - Baş Prokurorluğun məlumatında deyilir. (APA)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 Oktyabr 2026 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1373

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see688

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see546

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see533

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see519

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see482

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see436

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see415

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see406

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see392

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see385

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see372

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see369

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see352

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see344

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see339

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see335

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see335

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see327

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see320
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri