Paşinyanın böyük qumarı : Ermənistan tarixi ərazi dən vaz keçir KİV
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
“Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya referendumunu 2026-cı il seçkilərinə qədər təxirə salmaqla Azərbaycanla sülhə hüquqi maneələri aradan qaldırmağa çalışır”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi yazıb.
Məqaləyə görə, Paşinyan seçkidə qələbəsini təmin edib, daha sonra konstitusiyaya dəyişikliklər etməklə Qarabağla bağlı müddəaları sənədlərdən çıxarmağı düşünür. Bununla o, sözügedən addımın xalqın iradəsi olduğunu əsaslandıracaq.
Nəşr yazır ki, dəyişikliklər Azərbaycan və Türkiyənin iradəsi ilə həyata keçirilir.
Yazıda İranın mövqeyi xatırladılır və vurğulanır ki, Tehran bölgədə sərhədlərin dəyişdirilməsinə və “regiondankənar aktorların, xüsusilə də “sionist rejim” və “NATO-nun mövcudluğuna” qarşıdır.
Məqalədə guya Zəngəzur dəhlizi layihəsi bölgədə guya “gərginliyi artıra biləcək risk” kimi dəyərləndirilib. Qeyd edilir ki, N.Paşinyan Konstitusiya referendumuna getməklə “Böyük Ermənistan” xülyasından və ermənilərin iddia etdiləri “tarixi ərazilərdən” imtina edəcək.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 24 Noyabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















