Icma.az
close
up
RU
Paşinyanın cinayətkarları müdafiə etməsinin 3 əsas səbəbi var ŞƏRH

Paşinyanın cinayətkarları müdafiə etməsinin 3 əsas səbəbi var ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

İstintaqdan əvvəl Qarabağ separatçıları İrəvandakı hökumətə qarşı təhlükə yaradırdılar


Ermənistanın Baş naziri Nikol Paşinyan Bakıda məhkəməsi gedən ermənilər haqqında çıxış edərkən onlara qadağan edilmiş psixoaktiv maddələrin verdiyini iddia edib. Erməni baş nazir bildirib ki, bununla bağlı onların əlində kəşfiyyat məlumatları var. Halbuki Paşinyan bugünədək həmin şəxslər haqqında heç vaxt müdafiə xarakterli çıxış etməyib. Hətta Ermənistanda  hakimiyyətə yaxın media qurumları onların fəaliyyətini zaman-zaman tənqid ediblər. 


Politoloq Zeynal Əmrəliyev "Sherg.az"a deyib ki, Paşinyanın indi onları müdafiə etməsinin 3 əsas səbəbi var. Ekspertin sözlərinə görə, məqsəd ilk növbədə erməni cəmiyyətinin tənqidindən sığortalanmaqdır: "Ermənistan baş naziri xalqına göstərmək istəyir ki, erməni həmrəyliyinə sadiqdir və o da bu şəxsləri müdafiə edir. İkinci səbəb isə artıq onların Paşinyan üçün təhlükə törətməməsidir. İstintaqdan əvvəl Qarabağ separatçıları İrəvandakı hökumətə qarşı təhlükə yaradırdılar. İstintaq dövründən sonra onların erməni cəmiyyətindəki nüfuzu zəiflədi. Eyni zamanda Paşinyan Samvel Şahmaranyan, Vitali Balasanyan və digər separatçıları liderin gücünü müxtəlif administrativ üsullarla zəiflədə bilib. Paşinyan yaxşı bilir ki, Araik Arutyunyan, Ruben Vardanyan və digərləri İrəvana gəlsələr də, onlar artıq erməni siyasətində heç bir uğur qazana bilməyəcəklər. Üçüncü bir məsələ isə Araik Arutyunyanın verdiyi açıqlama oldu. Keçmiş separatçı lider açıq şəkildə bildirdi ki, Azərbaycan şəhərlərinin vurulması əmrini o verməyib və onun belə bir gücü olmayıb". 


Z.Əmralıyevin fikrincə, Arutyunyan ad çəkməsə də, əmrin Paşinyan tərəfindən verildiyinə işarə vurub: 

"Bu isə erməni baş naziri olduqca çətin vəziyyətə sala bilər. O, beynəlxalq aləmdə müharibə cinayəti törətmiş şəxs kimi mühakimə edilə bilər. Eyni zamanda bu, Paşinyanın yaratdığı saxta "sülhpərvər Ermənistan" imicinə də ciddi şəkildə zərbə vura bilər. Buna görə də Paşinyan rəsmi Bakını əsassız şəkildə ittiham etməyə çalışır. Erməni cəmiyyətinə separatçıların verdiyi açıqlamaların guya əsasının olmadığı müxtəlif yalanlarla isbat etməyə cəhd göstərir. Bakıda mühakimə edilən şəxslər dəfələrlə öz ailələri ilə telefonla əlaqə saxlayıblar. Ailələri də onların psixoloji vəziyyətlərinin normal olduğunu təsdiq edib. Elə bu səbəblərə görə, Paşinyanın bu yalanlarına dünya ictimaiyyəti inanmaz". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Yanvar 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri