Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Müller yenidən Messinin qarşısına çıxır

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

“PAŞİNYANIN NÖVBƏTİ CƏSARƏTLİ ADDIMI...” “Qafqaz heç vaxt indiki qədər xarici dövlətlərdən azad olmayıb”

“PAŞİNYANIN NÖVBƏTİ CƏSARƏTLİ ADDIMI...” “Qafqaz heç vaxt indiki qədər xarici dövlətlərdən azad olmayıb”

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

“Milli Məclis, bütün hakimiyyət orqanları kimi, cari ildə fəaliyyət planını Prezident İlham Əliyevin 7 yanvar tarixində bəyan etdiyi strateji hədəflər üzərində qurur. Həmin görüşdə irəli sürülən əsas ideyalar yaşadığımız dövrün qlobal və regional təhlükələrinə qarşı dövlətimizi hazırlamaq məqsədinə xidmət edirdi”.

“AzPolitika” xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc Milli Məclisin bugünkü iclasındakı çıxışında deyib. 

Z.Oruc çıxışının davamında deyib: “Ölkə rəhbəri dedi ki, 2-ci Dünya müharibəsindən sonra formalaşan beynəlxalq təhlükəsizlik sistemi çökür, yenisi isə yaranma mərhələsindədir. Bəli, Qələbəmiz ölkəmizin siyasi çəkisini artırıb. Tariximizdə ilk dəfə, dövlətimiz hərbi Qələbədən sonra dünyanın yenidən bölüşdürülməsində öz taleyinin sahibi kimi çıxış edir. Ona görə də obrazlı desək, işğal dövründə Qarabağ özü boyda mina idi, indi azad torpaqlar yeni Vətən quruculuğunun məhək daşına çevrilir. Bir vaxtlar 1 milyon qaçqın və köçkünün hüquqları uğrunda vuruşan Azərbaycan indi Yaxın Şərq və Cənubi Qafqaz regionunda sülhyaradıcı missiyada çıxış edir. Ölkəmiz Türkiyə ilə birlikdə yeni Suriya quruculuğuna töhfə verir. Son 2 əsrdə ilk dəfə erməni amili regionda həlledici rol oynamır. Göründüyü kimi, yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasında parlament diplomatiyasını hər zamankı kimi fəal davam etdirəcəkdir. 

Ölkə rəhbərinin ikinci yer ayırdığı məsələ, Ermənistana son 30 ildə rəhbərlik edən 3 şəxsin, xüsusilə saxta sülhpərvər obraz arxasında gizlənən Levon ter-Petrosyanın çıxışına münasibəti informasiya məkanında böyük əks-səda doğurdu. Təəssüflər olsun ki, Tatul Akopyan adlı jurnalistin iki il əvvəl yaydığı kadrlar yalnız indi Albert İsakov adlı blogerin tərcüməsindən sonra ciddi ictimai reaksiyalara səbəb oldu. 1993-cü ilin avqustunda işğal günlərində ter-Petrosyan deyir ki, azərbaycanlıların sayca üstünlük təşkil etdiyi Basarkeçər, Uluxanlı və digər ərazilərdən məqsədyönlü şəkildə təmizlənməsi “600 illik erməni arzularının gerçəkləşməsi”dir. Əks halda, ölkəsində demoqrafik balansı xeyirlərinə dəyişmək, milli dövlət qurmaq mümkün olmazmış. Digər tərəfdən, respublikamızda sayları 300 minə çatan ermənilərin də Ermənistana köçürülməsi əhali azlığını kompensasiya etmək planı olub. Petrosyanın çıxışı xalqımıza qarşı soyqırım, etnik təmizləmənin təsdiqi olduğu üçün həmin dövrdə müdafiə naziri olan Vazgen Sarkisyan deyir ki, prezidentin çıxışı məxfiləşdirilməlidir, çünki düşmənçilik planları və Ağdamın işğalının etirafı ölkənin beynəlxalq imicinə ciddi zərər vurar.

Göründüyü kimi, xalqımızı “Bakı, Sumqayıt, Kirovabad hadisələri” adı ilə əsassız yerə ittiham edənlərin 30 illik hökmləri iflasa uğradı. Ona görə də təklif edirik ki, Milli Məclis Levon ter Petrosyanın torpaqlarımızın işğalının əsas ideoloji-hərbi proqramı olan çıxışına hüquqi-siyasi qiymət versin və qərarını bütün xarici ölkə parlamentlərinə yaysın.

Üçüncü məsələ, ABŞ-nin Nyu York mərkəməsi tərəfindən 18 ilin senatoru Bob Menendesə layiq olduğu 11 illik cəzanın çıxarılmasını alqışlayırıq, hökmün təkcə korrupsiya cinayətlərinə görə deyil, həm də erməni yalanlarına xidmət edən ABŞ siyasətçilərinə görk olduğunu bildiririk. Proses zamanı hakim Sidni Steynin sözləri çox ibrətamizdir. Sitat: “Siz siyasi şöhrətin zirvəsində idiniz, lakin yolunuzu azdınız”. Həqiqətən bütün deputatlıq fəaliyyətini ölkəmiz əleyhinə bədnam qətnamələrə həsr edən, Qarabağın işğalının simasına çevrilən adamın karyerasının sonu Qələbəmizin birbaşa nəticəsidir. Təklif edirik ki, Milli Məclisin komitələrindən biri ABŞ Məhkəməsinə öz ehtiramını ifadə edən məktub göndəsin, eləcə də Azərbaycana qarşı hər gün iftira şəbəkəsinə başçılıq edən Adam Şif, Frenk Pallone və digərlərinin fəaliyyətinin də araşdırılmasını xahiş etsin. Biz Avroparlamentin və Avroşura təmsilçiləri Natali Luazo, Rafael Qlüksman, Frank Şvabenin də eyni aqibət yaşayacağına inamımızı ifadə edirik.

Sonda bir daha Qarabağ məsələsinin başa çatmadığını iddia edən qrupların sistemli halda Human Rights Watch-un 2024-cü il üzrə hesabatında, Avropa Parlamentinin son qətnaməsində, Kanada xarici siyasət idarəsinin bəyanatlarında qırmızı xətlə keçən bir avantüraya - ermənilərin Xankəndinə qayıtmasına dair irəli sürdükləri tələbə cavab vermək istərdik: Ermənistanın dövlət siyasətində qayıdış məsələsi olmadığı halda müxtəlif siyasi mərkəzlərin Qarabağın düşmənçilik ocağını sönməyə qoymamaları yaşadığımız bölgəni daim əldə saxlamaq və sümürmək məqsədlərinə xidmət edir. Ona görə Nikol Paşinyanın növbəti cəsarətli addımı məhz ötən əsrin 50-ci illərindən gündəliyə çıxarılan soyqırım biznesini də, nəhayət, durdurmağa, xalqını bu əsarətdən də xilas etməyə çalışması yeni qırğınların qarşısını almaq üçündür. 

Qafqaz heç vaxt indiki qədər xarici dövlətlərdən azad olmayıb. İlham Əliyev “yeni geosiyasi reallıq yaratdıq”, deyərkən də məhz bunu nəzərdə tutur.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Fevral 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see200

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see195

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see181

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see157

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see152

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see126

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri