Icma.az
close
up
RU
Paşinyanın sülh açıqlamaları: məsuliyyətdən yayınmaq, yoxsa vaxt uzatmaq?

Paşinyanın sülh açıqlamaları: məsuliyyətdən yayınmaq, yoxsa vaxt uzatmaq?

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyanın sülh məsələləri ilə bağlı son açıqlamaları əslində məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirilə bilər.

Bu fikri politoloq Zaur Məmmədov Bakıvaxtı.az-a açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, Nikol Paşinyan Azərbaycanın guya Ermənistana qarşı ərazi iddialarının olduğunu irəli sürərək reallığı təhrif etməyə çalışır.

Politoloq qeyd edib ki, Paşinyan sülhlə bağlı çıxışında Ermənistan Konstitusiyasının dəyişdiriləcəyinə dair konkret bir açıqlama verməyib:

"Halbuki bundan əvvəl Paşinyan yeni Konstitusiyanın qəbul edilə biləcəyini bildirirdi. Çox güman ki, o, sülh müqaviləsinin məhz indi imzalanmasını istəyir. Baş nazir anlayır ki, indiki siyasi vəziyyətdə Konstitusiya dəyişiklikləri onun üçün asan başa gəlməyəcək. Son zamanlar müxalifətin artan təzyiqləri fonunda Paşinyan bu məsələdə hələlik gözləmə mövqeyi tutur".

Zuar Məmmədov: Paşinyanın bu bəyanatında yeni heç nə yoxdur

Zaur Məmmədov həmçinin Nikol Paşinyanın ATƏT-in Minsk qrupu ilə bağlı çıxışına da münasibət bildirib:

"Paşinyanın bu bəyanatında yeni heç nə yoxdur. Sadəcə olaraq əvvəlki fikirlərini təkrar edir. Bu isə onu göstərir ki, Ermənistan hələ də öz mövqeyini dəyişməyib. ATƏT-in Minsk qrupu ilə bağlı narahatlıq ifadə etməsi, əslində, sadəcə vaxtı uzatmaq üçün göstərilən davranışdır. İrəvan hökuməti gələcəkdə 'Qarabağ məsələsi' yenidən gündəmə gəlsə, bu mövzunu yenidən aktuallaşdırmağa çalışacaq".

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın Avropa və xarici işlər naziri Jan Noel Barro ilə görüşündə Azərbaycanla sülh sazişi və regional proseslər ətrafında fikir mübadiləsi aparıb. Paşinyan İrəvanın sülh sazişini imzalamağa hazır olduğunu bəyan edib.

Xatırladaq ki, Ermənistan baş naziri "İrəvan Dialoqu" forumundakı çıxışında Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülhün mümkün və real olduğunu bildirib. O, Ermənistan hökumətinin sülh gündəmini həyata keçirməkdə qərarlı olduğunu vurğulayıb. Baş nazir əlavə edib ki, əgər Konstitusiya Məhkəməsi sülh sazişini təsdiq etməzsə, o zaman Konstitusiyaya dəyişiklik təşəbbüsü ilə şəxsən çıxış edəcək.

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 May 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see217

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see203

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see200

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see164

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see151

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see149

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see149

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see127

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see126

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri