Icma.az
close
up
RU
Payız dərini nəmləndirmə zamanı...

Payız dərini nəmləndirmə zamanı...

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Dərinizi  nəmləndirmənin ən ideal zamanı payızdır, belə ki artıq payızda hava daha quru və soyuq, külək isə daha güclü olur.

Bundan əlavə qışda dərinizin qatlanma və quruma problemi ilə üzləşməmək üçün, bu proseduru payızdan başlamaq məsləhət görülür.

Bildiyimik kimi, hər sezon mağaza rəflərində innovasiyalı texnologiyalar və təəccübləndirici effek verən yeni losyon və kremlər peyda olur. Lakin bilin ki, bir çox hallarda bu bahalı və daim yenilənən kremlərin tərkibi ən adi və özünü təsdiqlətmiş komponentlərdən ibarət olur. Bu səbəbdən, ən yaxşı üsul sadəcə tərkibində qliserin, vazelin və sidik cövhəri olan nəmləndirici kremlərə üstünlük verməkdir.

Bu komponentlər nəmi yaxşı qoruyub saxlaya bilir və demək olar ki bir çox kremlərin tərkibində olur. Həmçinin tərkibində bu komponentlər olan vasitələr dərinin xarici faktorlardan zədələnən buynuz təbəqəsinin hüceyrələrini bərpa edə bilir.

Nəmləndirici kremi dərhal yuyunduqdan sonra sütrməniz çox yaxşı olar, belə ki bu zaman dəri ikiqat nəmlənmiş olur. Bu məsləhət tək üz dərisinə deyil, həmçinin bədən dərisinə də aid edilir. Havanın temperaturunun artıq kəskin azaldığı zaman isə bu proseduru küçəyə çıxmazdan 30 dəqiqə öncə  etməniz məsləhətlidir.

Yaddan çıxartmayın ki, nəmləndirici kremi heç nə ilə əvəz etmək olmaz. Bu nə losyon nə də gözətrafı krem ola bilməz. Bu kimi  vasitələr yalnız bir əlavə kimi istifadə oluna bilərlər.

Daha bir maraqlı məqam da odur ki, dəri hər fəsildə özünü müxtəlif cür göstərə bilir. Belə ki, yay aylarında təbii piyin istehsalına görə yağlı olmağı ilə bərabər, payız gələn andan quru ola bilər. Buna görə dərinizin indiki vəziyyətinə baxaraq vasitələri seçmək daha düzgün olar.

Əl və ayaqlara qulluqdan əlavə, kutikullara da qulluq unudulmamalıdır. Bunun üçün müxtəlif yağlardan istifadə edə bilərsiniz. Bu həm ayaq həm də əl nahiyələrinə aid edilir. Bununla dırnaqlarınız daha möhkəm və sağlam görkəm alacaq. Proseduru həftədə ən azı 2 dəfə etmək lazımdır.

Təbii ki, bu ritmik həyat tərzində bütün bu prosedurları etmək üçün vaxt azlığı hər birimizdə var, lakin, hər prosedur üçün gündə yarım saat ayırdıqda əldə olunan nəticədən çox razı qalacaqsınız. Bunun üçün özünüzə bir qarfik tərtib edin və o qrafikdə daha çox  zaman tələb edən prosedurları həftə sonuna, daha asanları isə iş günlərinə salın.

Dərinizə bu gündən qulluq edin ki, sonradan xoşagəlməz və vaxtından əvvəl yaranan problemlərlə rastlaşmayasınız...

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 01:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri