Paytaxtda sürüşmə təhlükəsi böyüyür: İnsanlar evlərindən köçürülə bilərlər
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bunu ekoloq Gülçöhrə Hüseynova Moderator.az-a açıqlamasında bildirib.
Ekoloq qeyd edib ki, davam edən intensiv yağışlar sürüşməni daha da aktivləşdirə bilər:
"2000-ci ildə də həmin ərazidə sürüşmə baş vermişdi, 2018-ci ildə də. Tarix təkrarlanır. Zaman-zaman sakinlərin köçürülməsi, kommunikasiya xətlərinin ayrılması və təhlükəli tikililərin sökülməsi kimi tədbirlər görülüb. Lakin problem tam aradan qaldırılmayıb.
Mən bir ekoloq kimi həmişə bildirirəm ki, sürüşməyə meyilli ərazilərdə mütləq bitkilər əkilməlidir. Həmin bitkilərin kök sistemi saçaqlı olmalıdır ki, torpağı möhkəmləndirə bilsinlər".
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Şahvələd Əliyev isə açıqlamasında bildirib ki, Azərbaycan sürüşmə proseslərinə meyilli ərazilərə malikdir:
"Badamdarda sürüşmə hər zaman olub və bundan sonra da olacaq. Azərbaycan ərazisində sürüşmə zonaları çoxdur. Bu zonalar Masazırdan Lerik rayonuna qədər bir çox ərazini əhatə edir. Digər bölgələrdə də qəfil sürüşmə halları baş verə bilər.
Bununla yanaşı, sürüşmələrlə bağlı ciddi elmi araşdırmalar aparılmalıdır. Yerin dərin qatları öyrənilməli, evlərin və binaların yerləşdiyi ərazilərdə meşəliklər salınmalıdır. Hələ 1928-ci ildən neft hasilatı aparıldığı üçün torpağın strukturu pozulub. Bu, çox ciddi məsələdir. Sürüşmələrin qarşısını almaq üçün müxtəlif üsullar mövcuddur. Lakin problemin həlli üçün dövlət səviyyəsində tədbirlər görülməlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 22 Noyabr 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















