Pensiya sisteminə böyük TƏHLÜKƏ
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son vaxtlar ən çox müzakirə olunan mövzulardan biri peniya ilə bağlıdır.
Adətən, pensiya yaşının çox olması, məbləğin o qədər də yüksək olmaması, pensiya kapitalı kimi amillər daha çox vurğulanır. İqtisadçılar isə deyir ki, Azərbaycana pensiya böhranı gəlir. İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, gələcəyimizə birbaşa təsir edəcək ciddi məsələlər var, onlardan ən vaciblərindən biri təqaüd məsələsidir, addım-addım gələn böhrandır.
O bildirib ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) hər ay ölkə üzrə təxminən 2,2 milyon vətəndaşa ümumilikdə 900 milyon manata yaxın sosial ödəniş (pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım) həyata keçirir. DSMF vətəndaşlardan və işəgötürənlərdən məcburi dövlət sosial sığorta haqları şəklində hər ay orta hesabla 550 milyon manat civarında pul yığır. 2026-cı ildə DSMF ölkə büdcəsindən 1 milyard 700 milyon manat dotasiya alıb. İqtisadçı deyib ki, ölkədə iqtisadi aktivlik çox zəifləyib, əlavə dəyər yarada bilmirik, iş yerləri azalır, çox böyük ixtisarlar gedir, doğuş azalıb, ölkədən köçən gənc insanların sayı kəskin artıb “Bu, o deməkdir ki, dotasiyalar gələcəkdə də artmalıdır.
Çünki 1970-1980-1990-cı illərdə ölkədə “baby boom” yaşanıb, onlar 10-15-20 ildən sonra təqaüdə çıxacaqlar, təqaüdçülərin sayı artacaq. Amma ölkə əlavə dəyər yarada bilmirsə, iqtisadiyyat yerində sayırsa, doğuş azalır, köçənlər isə artırsa, bu vəziyyətdən necə çıxacağıq?”
Ekspert bildirib ki, hələ gec deyil:
“Hökumət inadını buraxmalıdır, indi əsas hədəfi olan büdcəyə qənaət, büdcənin hər yolla doldurulması siyasətindən əl çəkməlidir. Əsas hədəf iqtisadi azadlıqların genişlənməsi, iqtisadi aktivliyin sürətlənməsi, əlavə dəyər yaratmaq olmalıdır. Bu zaman elə büdcəyə də zamanla daha çox pul gələcək”.
Hazırda pensiya ilə bağlı müxtəlif problemlərin olduğu bir vaxtda doğrudanmı, qarşıdan yenidən pensiya böhranı gəlir?
Məsələ ilə bağlı Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda yaxın illərdə pensiya sisteminin ciddi təzyiqlərlə üzləşməsi ehtimalı var, amma bunu indidən tammiqyaslı “pensiya böhranı” adlandırmaq bir qədər ehtiyatlı yanaşma tələb edir:
“Əsas risk demoqrafik dəyişikliklərlə bağlıdır. Doğum səviyyəsinin azalması gələcəkdə əmək bazarına daxil olan insanların sayını azaldacaq. İşçi qüvvəsi azaldıqca sosial sığorta sisteminə ödəniş edənlərin sayı nisbətən azalacaq, pensiyaçıların sayı isə əksinə, arta bilər
. Bu böhranın bizə çatmasına hələ onilliklər var. Bu, pensiya sistemində çalışanlarla pensiyaçılar arasındakı nisbətin pisləşməsi deməkdir. Hazırda daha az sayda işləyən şəxs daha çox pensiyaçının təminatında iştirak etməli olarsa, sosial sığorta daxilolmalarına yük artacaq. Xüsusilə indiki gənc nəsil gələcəkdə pensiya yaşına çatanda onların arxasında kifayət qədər böyük işçi qüvvəsinin olub-olmaması əsas suallardan birinə çevriləcək”.
Ekspertin sözlərinə görə, digər mühüm məsələ əmək məhsuldarlığıdır:
“İşçi qüvvəsinin sayının azalması avtomatik olaraq pensiya sisteminin böhrana düşməsi demək deyil. Əgər iqtisadiyyat daha yüksək məhsuldarlıq yaradırsa, əməkhaqları və sosial sığorta ödənişləri artırsa, daha az sayda işçi ilə də sistemin maliyyələşdirilməsi mümkün ola bilər. Bunun üçün qeyri-formal məşğulluğun azaldılması, əməkhaqlarının artırılması, məhsuldarlığın yüksəldilməsi və məşğulluğun genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Məncə, Azərbaycanda əsas təhlükə qəfil pensiya böhranından daha çox uzunmüddətli demoqrafik və maliyyə təzyiqidir. Doğumun azalması bu gün deyil, əsasən növbəti 15-25 ildə əmək bazarında özünü daha ciddi göstərəcək. Ona görə də pensiya sistemində islahatlara böhran yarandıqdan sonra deyil, indidən başlanması daha doğru yanaşmadır. Burada məqsəd pensiyaları azaltmaq yox, gələcəkdə daha az işləyənin daha çox pensiyaçını maliyyələşdirmək məcburiyyətində qalmaması üçün sistemin dayanıqlığını indidən gücləndirmək olmalıdır”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: pensiya sistemi Akif Nəsirli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 06 Oktyabr 2026 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















