Icma.az
close
up
RU
Pensiya yaşını yenidən artırmaq planı, yoxsa... Sənəddə iddia olunur ki, Azərbaycanda insanların ömrü uzanır

Pensiya yaşını yenidən artırmaq planı, yoxsa... Sənəddə iddia olunur ki, Azərbaycanda insanların ömrü uzanır

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Belə görünür ki, hökumət yaxın aylarda olmasa da, gələcəkdə pensiya yaşını 65-dən də yuxarı qaldırmaq niyyətindədir. Maliyyə Nazirliyinin hazırladığı “2026–2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi” sənədini oxuyub təhlil edəndə bu nəticəyə gəlmək mümkündür.

Sənəddə iddia olunur ki, Azərbaycanda insanların ömrü uzanır. Sənədi hazırlayanlar yazır ki, hazırda ölkədə əhalinin 9,1 faizi 65 və daha yuxarı yaş qrupundadır. Lakin proqnozlara görə, növbəti onilliklərdə orta ömür uzanacaq, 2050-ci ilə qədər 65 yaşdan yuxarı əhalinin sayı da indikindən iki dəfə artaraq, 18,1 faizə çatacaq.

Hazırda Azərbaycanda orta ömür uzunluğunun 74 il yarım olduğunu qeyd edən sənəd müəllifləri iddia edirlər ki, 2050-ci ildə 78 il yarıma qədər uzanacaq.

Maliyyə Nazirliyinin sənədində qeyd olunur ki, gözlənilən ömür uzunluğunun artması pensiya ödənişlərinin müddətini uzadaraq, Dövlət Sosial Müdafiə Fondunun maliyyə öhdəliklərini yüksəldəcək. Nazirlik hesab edir ki, bu şəraitdə sığorta-pensiya sisteminin dayanıqlığını təmin etmək üçün islahatların davam etdirilməsi, eləcə də DSMF-nin sərbəst vəsaitlərinin investisiyalara yönəldilməsi vacibdir.

Təqaüd yaşının artırılacağı barədə proqnozlar da nazirliyin sənədində bəhs olunan “islahatlar”, “ehtiyat tədbirləri”nin təhlilinin nəticəsində ortaya çıxır.

Düzdür, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlama yayıb ki, hələlik təqaüd yaşının artırılması ilə bağlı hər hansı təklif müzakirə olunmur. Amma bunun bir müddət sonra olmayacağı anlamına da gəlmir.

Hazırda Azərbaycanda təqaüd yaşı qadınlar üçün 64 yaş yarım, kişilər üçün 65-dir. Amma 2027-ci ilə qədər qadınların yaşı da 65-ə çatdırılacaq.

Ölkədə təxminən 1 milyon 300 min təqaüdçü var, onların 900 min nəfəri minimum pensiya həddi civarında təqaüd alır. Azərbaycanda 2025-ci il fevralın 1-dən minimum pensiya 320 manat müəyyənləşdirilib.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Oktyabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri