Pezeşkian: Azərbaycan İrana ciddi yardım göstərib
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran Prezidenti Məsud Pezeşkian Azərbaycanla münasibətlərin yaxşılaşdığını bildirərək, müharibə dövründə Bakının Tehrana əhəmiyyətli dəstək göstərdiyini açıqlayıb.
Pezeşkianın sözlərinə görə, müəyyən dövrdə bəzi marşrutların, bankın və səfirliyin fəaliyyəti ilə bağlı yaranmış problemlər Azərbaycan tərəfi ilə təmaslardan sonra qısa müddətdə həllini tapıb.
“Biz zəng edib onlarla danışdıq və təxminən iki saat sonra hər şey yenidən açıldı. Bank və səfirlik fəaliyyətini bərpa etdi, marşrutlar açıldı”, – İran Prezidenti deyib.
Pezeşkian xüsusilə müharibə zamanı Azərbaycanın rolunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan ərazisindən müxtəlif təchizat marşrutlarının, o cümlədən Rusiya istiqamətindən daşımaların fəaliyyəti təmin edilib və Bakı İranın ehtiyac duyduğu məsələlərdə kömək göstərib.
“Müharibə zamanı onlar bizə böyük kömək etdilər. Müxtəlif marşrutlarla – istər Rusiyadan gələn tədarüklər, istərsə də öz imkanları hesabına – ehtiyacımız olan məsələlərin təşkilinə yardım göstərdilər və bizi müşayiət etdilər”, – Pezeşkian bildirib.
İran liderinin açıqlaması son dövrdə Bakı ilə Tehran arasında münasibətlərin normallaşması və qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından diqqətçəkən bəyanat kimi qiymətləndirilə bilər.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 10 Avqust 2026 07:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















