Icma.az
close
up
RU
Planetin ən güclü millisi haqda bir neçə söz

Planetin ən güclü millisi haqda bir neçə söz

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda təçkil edilən minifutbol üzrə dünya çempionatının finalında Macarıstan yığmasını 4:2 hesabı ilə yenən Azərbaycan millisinin dünya çempionu tituluna sahib çıxması şübhəsiz, olduqca əlamətdar idman hadisəsidir. Mundialın startında Bəhreynlə heç-heçə edərək azarkeşləri həyəcanlandıran təmsilçimiz sonradan sözün əsl mənasında, ortaya böyük komanda ruhu qoyaraq bu bərabərliyin təsadüfi olduğunu isbatladı. 2022-ci ildə Avropa çempionu adını qazanan seçməmizin məsədi 5-ci dünya çempionatının qızıl medallarını qazanmaq olsa da, bu missiyanı həyata keçirmək asan iş deyildi. 

5-ci çempion

Bu idman növü üzrə 2015-ci ildən bəri keçirilən dünya çempionatları ikiildənbir reallaşır. Öncəki mundiallarda ABŞ, Çexiya, Meksika və Rumıniya seçmələri çempionluq sevinci yaşayıblar. Əslində, yığmamızın 2023-cü ildə baş tutan DÇ-dən də medalla qayıtmaq şansı az deyildi. BƏƏ-də gerçəkləşən yarışı 4-cü yerdə tamamlayan Azərbaycan yarımfinalda Qazaxıstan yığmasına 2:3 hesabı ilə məğlub olmuşdu. Maraqlıdır ki, komandamız 3-cü yer uğrunda görüşdə Bakıdakı mundialın finalında üstələdiyi Macarıstana yenilərək (1:3) vətənə medalsız dönmüşdü.   

Hər şey 1/8 finalda bitə bilərdi

Bəhreynlə bərabərliyə razılaşandan sonra Sloveniya (4:0) və Mavritaniyanı (2:0) üstələyən millimiz üçün hər şey 1/8 finalda bitə bilərdi. Dünya çempionu Rumıniya ilə görüş həqiqətən gərgin və maraqlı alındı. Əsas vaxtı 1:1 hesabı ilə bitən matçın taleyini penaltilər müəyyənləşdirdi. Yığmamızın ilk zərbəsinin qarşısını alan rəqib qolkiperin zərbədən öncə irəli çıxması bəlkə də çempionluğun taleyini həll edən məqam idi. Penalti sriyasında 2:1 hesablı qələbə qazanan meydan sahibləri çempionu mübarizədən kənarlaşdırmaqla həm də ciddi psixoloji üstünlüyə yiyələndi. Taktiki cəhətədən olduqca hazırlıqlı görünən komandamız bu qarşılaşmanın ardından bir qədər də özünəinamlı təsir bağışladı. 

Hər ikisində eyni hesab

1/4 finalda İngiltərə, yarımfinalda isə Monteneqro üzərində qazanılan 2:1 hesablı qələbələr nəfəskəsən mübarizələrdən xəbər verir. Əlbəttə, bu gün həmin qarşılaşmaların videogörüntülərini izləmək, bütün qarşılaşmalarda rəqiblərin Azərbaycana qarşı müdafiədən oynadığına, komandamıza açıq oyun təklif etmədiklərinə baxmaq zövqvericidir. Baş məşqçi Elşad Quliyevin komandasını hər matça mükəmməl şəkildə hazırlaması, rəqibləri təhlil etmək bacarığı, düzgün oyunçu dəyişiklikləri ilə publikanın alqışını qazanması da vurğulanmalıdır. Quliyevin ən çətin anlarda belə, özünü itirməməsi, ifrat emosionallıq nümayiş etdirməməsi faktdır.

Fırtına kimi başlayan final

Oyundan öncə kimsə 10-cu dəqiqədə 3 top fərqi ilə öndə olacağımızı proqnozlaşdırsaydı, yəqin ki, ciddiyə almazdılar. Amma milli həlledici qarşılaşmaya dolu tribunalar önündə fırtına kimi başladı. İlk 10 dəqiqədə 3 qol buraxan Macarıstanın irəli atılmağa cəsarət etməməsi özlüyündə qürurverici görüntü idi. Daha çox kobudluqla yadda qalan, yalnız görüşün sonlarına sayılı dəqiqələr qalmış təzyiq edən və qollardan birinin əvəzini çıxan rəqib ilk 10 dəqiqənin şokundan ayıla bilmədi. 

Çempionluqla dağılan mif

"Azərbaycanda kollektiv idman növlərinin ciddi perspektivi yoxdur", "Azərbaycanda top oyunlarının inkişafı çətin məsələdir" və buna bənzər sərsəmləmələri hamımız eşitmişik. Minifutbol millimiz Avropa çempionu adını qazananda bu mifin real əsası olmadığı sübuta yetirilmişdisə, dünya çempionluğu insanların təfəkkürünü kökündən dəyişdi. Bəli federasiya rəhbərliyinin, texniki heyətin, dünya rekordu qıran azarkeşlərin öz işini ən yaxşı şəkildə görməsi çempionluğu şərtləndirən əsas amillərdir.  Bir məqamı da unutmayaq ki, minifutbolun yarandığı məkanlardan biri Azərbaycandır və biz ölkənin ən kütləvi idman növündə dünya çempionu adını qazanmışıq. Hər şey məhəllə futbolundan başlayır. Artıq ölkəmizdə minifutbol üzrə peşəkar çempionat da keçirilir. Bəlli, peşəkar çempionat varsa, yığmamız son mundialın qalibi olubsa, bu kütləviliyin bir qədər də artacağı şübhə doğurmur.

Bizə legioner lazım deyil

Bir vaxtlar futzalda Pneo, Sici, Serjao, Biro Jade, Tyaqo və sair braziliyalıların hesabına müəyyən yerlərə yüksəlsək də, titul qazanmaq arzumuz heç vaxt həqiqətə çevrilməyib. Halbuki gəlmələrə xərclənən pulları infrastruktura yönəltmək, daha fundamental işlər görmək, səviyyəli yerli futzalçıların sayının artırılması yönündə ciddi addımlar atmaq olardı. Legionersiz minifutbol millisinin yerli baş məşqçinin rəhbərliyi altında tarix yazması məntiqlə, əcnəbi sevdalılarının da düşüncələrinə təsirsiz ötüşməməlidir. Yığmadan danışırıqsa, kollektiv idman növlərində milli ruh, oyun intizamı və komanda mentaliteti ən önəmli məsələlərdir. Yalnız minifutbolda yox, böyük futbolda və futzalda da bu yolla irəliləməliyik. Köklü inkişaf istəyiriksə, gəlmələrin ətəyindən ikiəlli yapışmaq absurddur.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://fanat.az
archiveBu xəbər 02 İyun 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri